“Azeri Business Award” 2022 mükafatının təqdimat mərasimi keçirildi - LAUREATLARIN SİYAHISI
2023-cü il mart ayının 7-də “Buta Palace”da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Marja xəbər verir ki, “Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə” əsas mükafata Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradze layiq görülüb. Qonaqlar arasında Moldova, Belçika və Rumıniya səfiri daxil olmaqla digər ölkələrin də diplomatik nümayəndələri iştirak ediblər.
Tədbirdə ümumilikdə dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 250 nəfər iştirak edib.
Bütün laureatlar iqtisadiyyatın qeyri-neft sektorunun nümayəndələridir – tibb, tikinti sahəsi, logistika, quşçuluq və s.
“Azeri Business Award” mükafatının partnyorları “Avtolüks Azərbaycan” MMC və “Faberlic” brendi, tədbirin dost şirkətləri isə “Ganja Sharab”, “Hillside”, “Kobi Sno”, “Alison’s Atelier”, “NS design”, “Bizon”, Art Gallery by Rauf Janibekov və “King’ Style” Tie & Parfum idi.
“Buta Palace”da təşkil edilən mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edilib.
Bundan başqa "Azeri Business Award” mükafatının partnyoru “Avtolüks Azərbaycan” MMC tamamilə yenilənmiş Jeep Grand Cherokee avtomobilinin təqdimatını keçirib.
Təqdimat axşamında qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duydular.
Tədbirin informasiya tərəfdaşları arasında – Azərtac, İnsider.az, Report.az, Urban.az, Marja.az və Rockvell da var.
“Azeri Business Award” 2022 mükafatının laureatları
Zurab Pataradze, Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri – Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə
Rübabə Mürşüdova, “Qranit QP” şirkətinin rəhbəri – Dağ-mədən sahəsində ilin iş adamı
Günel Bayramlı, plastik və estetik cərrah – Plastik-estetik cərrahiyyəsi sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Camal LTD, “İceland” brendi – Dondurma istehsalı sahəsinin lideri
SƏBA ASC – İlin quşçuluq şirkəti
Biləsuvar Aqro – Süd məhsulları və kərə yağı istehsalı sahəsində ilin şirkəti
FAB Boya və Kimya Sənayesi – İlin keyfiyyətli boya istehsalçısı
Crystal Beton – İlin beton istehsalçısı
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu (MİTRİ) – Tibb və reabilitasiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti – Keyfiyyətli tərəfdaş
LV Caspian Limited – İlin logistika şirkəti
ByCafeCity, restoranlar şəbəkəsi – Müştəri seçimi
AZPRINT – İlin mətbəəsi
KATV1 – İlin kabel televiziyası operatoru
İydə Perfumery – İlin parfümeri
Bakı OTIS Lift – Sərnişin və yük lift avadanlıqlarının satışı, quraşdırılması və servisi sahəsinin lideri
Azərtac Dövlət İnformasiya Agentliyi – İlin informasiya agentliyi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
5 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
7 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)


















