Bu gün qlobal bazarlar üçün çox mühüm olan məlumatlar açıqlanacaq - PROQNOZLAR
Bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da fevral ayı kənd təsərrüfatı sektoru xaric məşğulluq, işsizlik nisbəti, orta saatlıq maaş məlumatları açıqlanacaq.
Marja.az xəbər verir ki, yanvar ayında proqnozları üstələməklə 517 min artım göstərən kənd təsərrüfatı sektoru xaric məşğulluğun, keçən ay 205 min artdığı təxmin edilir. Bloomberg-in sorğusuna görə isə, keçən ay kənd təsərrüfatı sektoru xaric məşğulluq 225 min artıb.
İşsizlik səviyyəsinin 3,4 faiz səviyyəsində sabit qalacağı gözlənilir.
Fed sədri Jerome Powell-in açıqlamalarından sonra bu həftə məşğulluq məlumatlarının əhəmiyyəti artıb.
Powell, açıqlanacaq məşğulluq və inflyasiya məlumatlarını gördükdən sonra bu ayın sonunda açıqlanacaq faiz qərarının böyüklüyünü müəyyən edəcəklərini söyləyib və faizlərin artırılması sürətini artırmağa hazır olduqlarını qeyd edib. Açıqlanan məlumatlar tələb edərsə, faiz dərəcələri əvvəllər düşünüldüyündən daha yüksək səviyyələrə qaldırıla bilər.
İqtisadçılara görə, kənd təsərrüfatı xaric məşğulluq məlumatları mart ayında FED-in faiz dərəcələrinin 0,25 və ya 0,50 faiz bənd artırılacağını proqnozlaşdırmaqda əhəmiyyətli olacaq.
Məlumatların proqnozdan aşağı olması vəziyyətində FED-in mart qərarı baxımından qeyri-müəyyən bir mənzərənin ortaya çıxacağına diqqət çəkilir. 14 Martda açıqlanacaq Fevral ayında istehlak inflyasiyası məlumatlarının da bu məsələdə kritik olacağı qeyd edilir.
Əgər kənd təsərrüfatı sektoru xaric məşğulluqda artım 300 mini keçərsə, mart ayında FED tərəfindən faiz dərəcələri 0,50 faiz bəndi artırıla bilər. Bu həftə açıqlanan digər mühüm məşğulluq məlumatları güclü olduğundan, bazarlarda FED-in faiz dərəcələrini daha sürətli artıracağı ehtimalları da yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























