Azərbaycanda üzüm tullantısından “üzüm yağı” əldə edilib
"Gələcəkdə bunun patenti alınacaq və çalışacağıq ki, geniş istehsalına nail olaq"Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda üzümün emalı zamanı yaranan qalıqlardan (üzüm toxumu) soyuq press üsulu ilə yağ əldə olunub.
Bunu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov deyib.
O bildirib ki, son dövrlərdə dünyada tullantısız texnologiyaya üstünlük verilir. Üzümçülük-şərabçılıq sahəsində də emal zamanı böyük miqdarda tullantılar yaranır:
“Çünki emal prosesində şirə çıxımı üzümdə təxminən 75 faizə qədərdir. Təsəvvür edin, 25-30 faiz tullantı (qalıq) meydana gəlir. Tullantıya toxum, qabıq, daraq daxildir. Təxminən 1000 tona 300 ton tullantı yaranır. Ona görə də tullantısız texnologiyanın perspektivi üzümçülük-şərabçılıq sahəsində çox yüksəkdir. İnstitutda üzümün emalı zamanı yaranan qalıqlardan bioloji aktiv maddələrin, toxum yağının alınması istiqamətində elmi tədqiqat işləri həyata keçirilir. Üzüm toxumundan bu il eksperimental olaraq yağ alınmış, onun alınması metodologiyası işlənib hazırlanmış və patentləşdirilmişdir. Üzüm yağının istehsal texnologiyası mürəkkəb prosesdir, yağ çıxımına üzümün becərilmə şəriti, sortun xüsusiyyəti, toxumun mexaniki, morfoloji, biokimyəvi tərkibi, o cümlədən üzümün emal texnologiyası böyük təsir göstərir”.
Onun sözlərinə görə, son dövrlərdə bu sahə Türkiyə, İspaniya, Amerika, Argentina və digər ölkələrdə sürətlə inkişaf edib.
“Bitki yağlarının konsentrantı kosmetika sahəsində də çox geniş istifadə olunur. Hesab edirəm ki, yaxın gələcəkdə toxum yağı günəbaxan, qarğıdalı yağları kimi kütləvi şəkildə satılacaq. Hərçənd ki, hələ satışa buraxılmamışdır. Eksperimental xarakterli sınaqdan keçiririk. Bununla bağlı Müəllif Hüquqları Agentliyinə müraciət etmişik. Gələcəkdə bunun patenti alınacaq və çalışacağıq ki, institut olaraq, geniş istehsalına nail olaq”, - deyə Vüqar Səlimov bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
9 d. əvvəl
"Qarşıdakı 2 həftə ərzində İran ilə müharibədə “tam qələbə” elan edəcəyik"
-
14 d. əvvəl
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
-
14 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
19 d. əvvəl
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
-
21 d. əvvəl
Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
- 24 d. əvvəl
-
34 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 50 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı


























