Avropa Mərkəzi Bankı təəccübləndirmədi
Avropa Mərkəzi Bankı (AMB, ECB) cümə axşamı keçirilən iclasda baza faiz dərəcəsini illik 3%-dən 0,50 bənd artıraraq 3,5%-ə qaldırıb.Avropa Mərkəzi Bankı (AMB, ECB) bank böhranına görə diqqətlə izlənilən faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, Bank faizlərini 0,50 faiz bəndi artıraraq illik 3%-dən 3,5%-ə qaldırıb. Bazarlarda da faizlərin 0,50 bənd artırılacağı gözlənilirdi. Bununla belə, Credit Suisse böhranı səbəbindən bəzi bazar aktyorları bankın ehtiyatlı şəkildə faizlərini 0,25 bənd artıracağını proqnozlaşdırırdılar.
"İdarəçilər Şurası ECB-nin üç əsas faiz dərəcəsini 0,50 baza bəndi artırmağa qərar verib”, - AMB-nin məlumatında deyilir.
Mərkəzi Bank qeyd edib ki, inflyasiyanın uzun müddət çox yüksək səviyyələrdə qalacağı proqnozlaşdırılır. Bildirilib ki, qeyri-müəyyənlik məlumatlara əsaslanan yanaşma tələb edir.
Mətndə ECB-nin qiymət sabitliyi və maliyyə sabitliyi üçün addımlar atmağa hazır olduğu bildirilib. ECB-nin gələcək faiz addımları ilə bağlı heç bir mesajverməyib.
Credit Suisse böhranı tənəzzül narahatlıqlarını artırır
Qlobal maliyyə sisteminin mühüm banklarından biri olan Credit Suisse Group AG-yə artan inam problemi bankların kreditlərin verilməsini dayandırması nəticəsində iqtisadiyyatları tənəzzülə sürükləyə biləcək kredit böhranı riskini də artırıb.
Bir həftə ərzində 3 ABŞ bankının bağlanmasından sonra bu böhran qlobal iqtisadi baxışın yenidən formalaşmasına dair gözləntilərə səbəb olur. Ortaya çıxan ən böyük risk, bankların iqtisadiyyatların artmasını dəstəkləmək üçün kredit verməkdənsə, öz maliyyə vəziyyətlərinə diqqət yetirmələri ehtimalıdır.
3 ABŞ bankının bağlanmasına FED-in faiz artırmasının səbəb olduğu bildirilir. Belə ki, faizlərin artması dövlət istiqrazlarının dəyərdən düşməsinə səbəb olur. Bankların aktivlərinin bir hissəsi dövlət istiqrazlarında yerləşdirildiyi üçün onların ucuzlaşması aktivlərin "əriməsi" ilə nəticələnir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















