ADY Astanada “Taxıl Ekspresi qatarı” layihəsinin təqdimatını keçirdi
15-16 mart tarixlərində Qazaxstanın paytaxtı Astana şəhərində 40-dan çox ölkənin nümayəndə heyətinin iştirakı ilə "Avro-Asiya Kənd Təsərrüfatı məhsulları” adlı beynəlxalq konfrans keçirilib. Konfransda kənd təsərüffatı məhsullarının istehsalı, ixrac yolları və daşınma marşrutları ilə bağlı panel sessiyaları təşkil olunub.
“Azərbaycan Dəmir Yolları” QSC taxıl yüklərinin qısa və daha təhlükəsiz şəraitdə təyinat ölkələrinə çatdırılmasını təmin edən “Taxıl ekspresi qatarı” layihəsinin təqdimatını keçirib.
Layihəyə əsasən Qazaxstanın taxıl məhsullarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Avropaya daşınmasının iqtisadi üstünlükləri digər alternativ marşrutlarla müqayisədə daha cəlbedicidir.
Belə ki, “Taxıl ekspresi qatarı” layihəsi taxıl məhsullarının Azərbaycandan keçməklə Türkiyə və Gürcüstan limanları vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur.
Konfransda iştirak edən “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov təklif edilən marşrut üzrə qurumun geniş potensialları haqqında konfrans iştirakçılarına geniş məlumat verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
2 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
3 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir




















