İsveçrənin böhranda olan bankı satıldı - QİYMƏT
İsveçrə Milli Bankı Credit Suisse-in UBS tərəfindən satın alındığını elan etdi. İsveçrənin ən böyük bankı UBS, bu ayın əvvəlində 3 Amerika bankının iflası nəticəsində yaranan maliyyə bazarı çaxnaşmasının qarşısını almaq məqsədi ilə təcili xilasetmə müqaviləsi çərçivəsində xəstə rəqibi Credit Suisse-i almağa razılaşıb .Böhranda olan Credit Suisse bankı, İsveçrənin ən böyük bankı olan UBS tərəfindən satın alınıb.
Marja xəbər verir ki, bu barədə İsveçrə Milli Bankı (SNB) məlumat yayıb.
"Bu gün UBS Credit Suisse-i aldığını elan edib. Bu satınalma İsveçrə Federal Hökuməti, İsveçrə Maliyyə Bazarlarına Nəzarət Təşkilatı (FINMA) və İsveçrə Milli Bankının (SNB) dəstəyi ilə mümkün olub", - məlumatda deyilir.
Qeyd olunur ki, SNB Credit Suisse-in UBS tərəfindən alınması ilə əlaqədar olaraq "əhəmiyyətli yardım" göstərəcək.
Milli Bank , xilasetmənin "maliyyə sabitliyini təmin edəcəyini və İsveçrə iqtisadiyyatını qoruyacağını" qeyd edib.
UBS xəstələnmiş rəqibi Credit Suisse-ni 3,2 milyard dollara satın alıb.
Credit Suisse qlobal maliyyə sistemində 30 ən mühüm bank arasında yer alır və onların birlikdə aktivləri təxminən 1,7 trilyon dollardır.
UBS və Credit Suisse-in qlobal qərargahları Sürixdə bir-birində çox yaxın məsafədə yerləşir. UBS-in səhmləri son iki ildə 15% bahalaşıb və 2022-ci ildə 7,6 milyard dollar mənfəət əldə edib. Refinitiv-in məlumatına görə, cümə günü onun birja dəyəri təxminən 65 milyard dollar olub.
Credit Suisse səhmləri son 2 ildə 84% ucuzlaşıb və keçən il 7,9 milyard dollar "əriyib". Ötən həftənin sonunda bankın birja dəyəri cəmi 8 milyard dollar olub.
1856-cı ildən yaranan Credit Suisse-in kökləri İsveçrənin dəmir yolu şəbəkəsinin genişləndirilməsi və sənayeləşməsini maliyyələşdirmək üçün yaradılmış Schweizerische Kreditanstalt (SKA)-dadır.
Credit Suisse İsveçrənin ikinci ən böyük bankı olmaqla yanaşı, dünyanın ən zəngin insanlarının çoxunun sərvətinə baxır və qlobal investisiya bankçılığı xidmətləri təklif edir. 2022-ci ilin sonunda 50 000-dən çox işçisi var idi.
"Financial Times" xəbər verir ki, 167 yaşlı bankın səhmləri həftə ərzində 25% ucuzlaşıb, onun idarə etdiyi investisiya fondlarından pullar çıxarılıb və bir anda hesab sahibləri gündə 10 milyard dollardan çox əmanət götürüblər. İsveçrə Milli Bankının təcili krediti "qanaxmanı" dayandıra bilməyib.
Credit Suisse illərdir investorların və müştərilərin etibarını itirirdi. 2022-ci ildə o, qlobal maliyyə böhranından sonra ən böyük zərərə düşüb. Lakin keçən həftə mühasibat uçotunda “maddi zəifliyi” etiraf etdikdən sonra, ABŞ-da Silicon Valley Bank və Signature Bank-ın bağlanmaları, artan faiz dərəcələrinin bəzi maliyyə aktivlərinin dəyərini sarsıtdığı bir vaxtda daha zəif qurumlarla bağlı qorxu yaydığından ona inam çökdü və səhmləri kəskin ucuzlaşdı. Satınalma baş tutmasaydı, bazar ertəsi Bankın tamamilə çökəcəyi gözlənilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 50 d. əvvəl
-
1 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
-
-
1 saat əvvəl
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 6 saat əvvəl
-
9 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
9 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 9 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























