Keçmiş Mercedes-Benz zavodunda Çinin Hongqi avtomobilləri yığılacaq
Çinin FAW şirkətinin Hongqi avtomobillərinin Moskva vilayətindəki keçmiş Mercedes-Benz zavodunda yığılması planlaşdırılır.
Marja xəbər verir ki, iddialara görə, zavodun konveyerində ilk olaraq krossoverlər quraşdırılacaq. Hongqi HS5 modeli artıq 2022-ci ilin sonunda Rusiyada sertifikatlaşdırılıb. Hongqi HS5 modeli 224 at gücünə malik 2 litrlik turbo mühərriklə və və 6 pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilən kompakt yolsuzluq avtomobilidir.
Bundan əlavə, dəbdəbəli Hongqi H9 sedanı da Rusiyada patentləşdirilib. O, həm 252 at gücünə malik 2 litrlik turbo mühərriklə, həm də 283 at gücünə malik 3 litrlik 6 silindrli mühərriklə təchiz oluna bilər. Sedan 7 pilləli sürətlər qutusuna malikdir.
Martın 21-də məlum olub ki, “Mercedes-Benz”in Rusiyadakı aktivlərini alan “Avtodom” şirkəti Almaniya konserninin Moskva yaxınlığındakı keçmiş zavodunda premium Çin avtomobilləri istehsal etməyi planlaşdırır.
Fevralın sonuna Çin avtomobil markaları Rusiya bazarının 36%-ni tutub. Bir il əvvəl onların payı 10%-dən çox deyildi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
2 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
3 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir























