Hər 1000 kv.km əraziyə 6 bank filialı, hər 100 min nəfərə 29 ATM düşür
Ölkə bank-mərkəzli maliyyə arxitekturasına malik olduğu üçün iqtisadiyyatın maliyyələşməsində bank sistemi əsas maliyyə vasitəçisi funksiyasını həyata keçirir.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə Sabitliyi hesabatında bildirilir.
Qeyd edilir ki, bank sektorunun maliyyə dərinliyini xarakterizə edən əsas göstəricilərdən olan bank aktivlərinin ÜDM-ə nisbəti göstəricisi 35.2% təşkil edir. Eyni zamanda, digər maliyyə dərinliyi göstəricisi olan kredit portfelinin ÜDM-ə nisbəti isə 14.6% təşkil edir (kredit portfelinin qeyri-neft ÜDM-ə nisbəti 28%-dir).
Azərbaycan bank sektorunun maliyyə dərinliyi göstəriciləri bençmark ölkələrlə müqayisədə aşağıdır ki, bu da bank sektorunun gələcək artım potensialını ifadə edir.
Ölkədə 25 bank fəaliyyət göstərir. Bu banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 11-dir və bir xarici bankın yerli filialı mövcuddur. Sektorun xidmət şəbəkəsi 487 filial, 91 şöbə, 2997 ATM, 22.8 min nəfər işçidən ibarətdir.
Hər 1000 kv.km əraziyə düşən filial sayı 6, hər 100 min nəfərə düşən ATM sayı isə 29 təşkil edir.
Ötən ilin sonu ilə müqayisədə xidmət şəbəkəsinin əhəmiyyətli genişlənmədiyi (filial şəbəkəsi üzrə artım 2%, ATM sayı üzrə artım 3%) müşahidə edilir. Bu, bank sektorunda rəqəmsal xidmət həllərinin artması ilə (bankların mobil tətbiqlərini təkmilləşdirməsi, rəqəmsal kart təkliflərinin artırılması və s.) izah olunur.
Hesabatda bildirilir ki, iqtisadi aktivliyin yüksəlməsi və bankların resurs bazasının genişlənməsi fonunda bank sektorunun balansının əhəmiyyətli genişlənməsi baş vermişdir. İl ərzində bank sektorunun aktivləri 22% (8.6 mlrd. manat) artaraq 47.1 mlrd. manat təşkil etmişdir. Öhdəliklər isə 24% (7.9 mlrd. manat) artaraq 41.4 mlrd. manat təşkil etmişdir.
2022-ci ilin sonu üzrə bank sektorunun aktivlərinin 39%-i xalis kredit portfeli, 37%-i likvid aktivlər, 11%-i maliyyə institutlarına yerləşdirilmiş depozit və kreditlər, 13%-i isə digər aktivlər təşkil edir. Bank sektorunun öhdəlikləri əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşıb. Belə ki, öhdəliklərin 54%-i hüquqi şəxslərin depozitləri, 28%-i fiziki şəxslərin depozitləri, 12%-i maliyyə institutları qarşısında öhdəliklər, 6%-i digər öhdəliklər təşkil edir.
Bank sektorunun aktivlərinin genişlənməsi əsasən iqtisadi aktivliyin artımı fonunda öhdəliklərin stabil artım tempi ilə uyğunlaşmışdır. Bank sektorunun cəlb etdiyi resursların dinamikası iqtisadiyyatın şəffaflaşması prosesi ilə nağdsız əməliyyatların artımı nəticəsində hüquqi şəxslərin depozitlərinin artımı həmçinin, bank sisteminə inamın əsas göstəricisi hesab olunan fiziki şəxslərin depozitlərinin artımı ilə dəstəklənmişdir. Belə ki, il ərzində hüquqi şəxslərin depozitləri 24%, fiziki şəxslərin depozitləri isə 27% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
17 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
18 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
19 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















