Azərbaycanın böyük texnoparkında iş təcrübəsi qazanmaq fürsəti
STP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramının icrasına davam edir. Azərbaycanda və xarici ölkələrdə mühəndislik ixtisası üzrə ali və texniki təhsil pilləsinin sonuncu ilində tədris alan gənclər proqrama qoşulmağa dəvət olunurlar.(®) Qabaqcıl texnologiya və təcrübəni özündə cəmləşdirən Sumqayıt Texnologiyalar Parkı regionun ilk və nəhəng sənaye parkı olaraq ölkənin qeyri-neft sektorunun inkişafı və insan kapitalının gücləndirilməsi missiyasını uğurla icra edir.
Əmək bazarının rəqabətədavamlı ixtisaslı mütəxəssislərlə təmin olunması və milli kadr potensialının daha da inkişaf etdirilməsi niyyətinə daim sadiq qalan STP istehsalatın mühəndislik və texniki peşələr sahəsində xüsusi potensialı və marağı olan gənclərin müəyyən edilməsi və yetişdirilməsi üçün ödənişli “Sabahın Gücü” İnkişaf Proqramını davam etdir! (Ödənişli təcrübə proqramı zamanı təcrübəçilərə müəyyən məbləğdə vəsait ödənilir - red).
Həm özünü, həm də vətənimizin qeyri-neft sektorunu inkişaf etdirmək amalının daşıyıcısı olan, Azərbaycanda və xarici ölkələrdə mühəndislik ixtisası üzrə ali və texniki təhsil pilləsinin sonuncu ilində tədris alan dəyərli gənclərimizi regionun ən böyük texnoparkında xarici və yerli mütəxəssislərdən iş təcrübəsi qazanmaq üçün inkişaf proqramına qoşulmağa dəvət edirik!
“Həvəslisən, demək, güclüsən” mottolu “Sabahın gücü” inkişaf proqramının üstünlükləri:
• Sahə üzrə praktiki və iş dünyası üçün vacib nəzəri biliklər
• Komanda işi və korporativ həyatla tanışlıq
• Unikal istehsalat təcrübəsi
• Yeni dostlar və peşəkar əlaqələr
STP-nin “Sabahın Gücü” İnkişaf Proqramının təqdim etdiyi imkanlardan faydalanaraq gələcək karyerasında ilk addımı atmaq istəyən gənclər [email protected] ünvanına müraciət edib ətraflı məlumatları əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















