İqtisadçılar benzinin bahalaşması barədə nə dedilər?
Xəbər verdiyimiz kimi, Tarif Şurasının qərarı ilə, ən çox istifadə edilən Aİ-92 markalı benizinin hər litri üçün satış qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırıb.
"Marja" xəbər verir ki, bir sıra iqtisadçılar benzinin qiymətinin bahalaşmasını şərh ediblər.
"YEGANƏ SƏBƏB SOCAR-IN SƏMƏRƏSİZ XƏRCLƏRİ VƏ BORCLARIDIR”
İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, qiymət artımı üçün hər hansı əsas yox idi:
"Sonuncu dəfə yanacaq bahalaşanda neftin dünya bazarlarında qiyməti indikindən ən azı 2 dəfə çox idi və artımın səbəbi olaraq bahalı neft qiyməti göstərilmişdi. Həmin dövrlərdə əsasən neft idxal edən ölkələrdə yanacağın bahalaşması müşahidə edilirdi. Daha sonra Nazirlər Kabineti SOCAR-a vergi pulu verdi. 2013-cü ilin sonu aksiz vergisini artıraraq yanacağı bahalaşdırdı, üstündən 2 ay keçməmiş vergini endirdi, ancaq qiymət enmədi. Artım SOCARın sərəncamına verildi. Sonrakı illərdə neftin kəskin ucuzlaşması qonşu ölkələrdın fərqli olaraq Azərbaycanda ucuzlaşma ilə müşayiət edilmədi. Cəmiyyətin, ekspertlərin ucuzlaşmaq çağırışları da cavabsız qaldı. İndi göründüyü kimi nəinki ucuzlaşdırmadılar, hətta bahalaşmağa getdilər. SOCARın məhsullarının 70%-i daxili bazarın payına düşür.
Qiymət artımı üçün əsas yoxdur. Yeganə əsas SOCARın vəsaitləri səmərəsiz xərcləməsi və sürətli borclanmaya getməsidir. 98 və 95 markalı yanacağın qiyməti sərbəstləşib. SOCARdan tələb olunan 92 markalı benzin və dizel yanacağının maya dəyərinin şişməsinə imkan verməmək idi. Bunu da edə bilmədi. Qiymət artımından qaçmaq olardı, təəssüf ki, hökumət artıma getdi. Bundan sonra artım növbəsi nəqliyyat sisteminin olacaq. Eyni zamanda digər sahələrdə də bahalaşmanı şərtləndirəcək".
“SƏRNİŞİN DAŞINMASINDA GEDİŞ HAQLARI ARTACAQ”
İqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb ki, benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təirləri olacaq:
Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq”.
İqtisadçı qeyd edib ki, gözləntilərə görə, cari ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub.
Qubad İbadoğlu qeyd edib ki, hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0, 48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir.
Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr "Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib
Tarif Şurası qeyd edib ki, Tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.
Sadalanan ölkələrdən ancaq 2-si - Rusiya və Qazaxıstan neft istehsalçısıdır. Azərbaycanda benzin (53 sent) Qazaxıstandan da baha oldu.
Qeyd edək ki, Tarif Şurası benzinin qiymətinin artırılmasına əsaslar kimi aşağıdakıları göstərib:
- Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması,
- Ekoloji mühitin yaxşılaşdırılması,
- Artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi,
- Neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi,
- Ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər,
- Artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması,
-Xarici valyuta gəlirlərinin azalması.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 29 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
"Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb"
-
1 saat əvvəl
Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının yeni məbləğini açıqladı
-
2 saat əvvəl
Tesla şirkəti Model Y-nin yeni versiyasını təqdim etdi: qiyməti məlum oldu
-
2 saat əvvəl
“Aztelekom” avadanlıqlarını “Huawei” ilə yeniləməyə başlayıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Tükiyədə inflyasiya sürətlənib
"Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb"
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının yeni məbləğini açıqladı
Ən çox oxunanlar
“Aztelekom” avadanlıqlarını “Huawei” ilə yeniləməyə başlayıb
Azərbaycan neftinin son qiyməti
Adında "Sirab" sözü olan yeni şirkət yaradılıb
“CibPay” nizamnamə kapitalını artırdığı vəsaiti geri çəkdi
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Bank 7.8%-lə 5 milyon dollar borc alır
Rəsmi məzənnələr açıqlandı
Almanlar daha az pivə içməyə başlayıblar – Almaniyada satışlar rekord aşağı səviyyəyə düşüb






















