“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib
Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan “Nar” yüksək müştəri məmnuniyyəti göstəricilərinə nail olmağa davam edir.
Belə ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları cavablayır. Müştəri xidmətlərinin geniş spektrini bilavasitə sosial media üzərindən təqdim etmiş ilk və yeganə mobil operator olan “Nar” bu sahədə yüksək göstəricilərə nail olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş sorğuların cavablandırılma vaxtına görə “Nar” mobil operatorlar arasında ən yüksək nəticəni göstərə bilib. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də “Facebook”, “Twitter”, “Instagram” və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər.
2017-ci ilin ilk yarısının nəticələrinə əsasən, sosial şəbəkələr üzərindən daxil olmuş sorğuların 100%-i “Nar” sosial media komandası tərəfindən cavablandırılıb. Bu dövrdə daxil olmuş müraciətlərin 99%-i bir saat ərzində öz həllini tapıb, sorğuların uğurla cavablandırılma müddəti orta hesabla cəmi 13 dəqiqə təşkil edib. Müştəri yol xəritəsinə görə (Customer Journey), “Nar” sosial media komandasına daxil olmuş müraciətlərin 85%-i cəmi 2 ismarışdan sonra müvəffəqiyyətlə həllini tapıb.
Bu yüksək göstərici, “Nar” abunəçilərinə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olub. “Nar” abunəçiləri özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinetə daxil olmaqla, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yüksəkkeyfiyyətli müştəri xidmətlərindən yararlana bilərlər.
“Nar” Müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilıb. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
3 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
26 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 36 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı




























