GL LTD şirkətində Satınalma və təchizat üzrə Baş direktor vəzifəsinə təyinat olub
Nəzər Bayramov 17 aprel 2023-cü il tarixindən etibarən GL LTD şirkətinin Baş icraçı direktorunun tabeliyində Satınalma və təchizat üzrə Baş direktor vəzifəsinə təyin edilib.
Bu barədə Marja GL LTD şirkətinə istinadən xəbər verir.
Qeyd edilib ki, Nəzər Bayramov bir sıra kateqoriyalar və əməliyyat funksiyaları üzrə neft və qaz sənayesində satınalmalar üzrə iyirmi ilə yaxın geniş təcrübəsi olan yüksək ixtisaslı bir peşəkardır. O, mürəkkəbliyi və risk dəyəri yüksək olan sahələrdə çoxmilyonlu xərcləri idarə edərək, “BP Azərbaycan” şirkətində satınalma üzrə müxtəlif dərəcəli rəhbər vəzifələri icra etmişdir. “BP”-də çalışdığı müddət ərzində Bayramov quyular və logistika üzrə müqavilələrin bağlanması, qaynaq və təchizatçı fəaliyyətinin idarə olunması üzrə zəngin təcrübə qazanmışdır.
GL şirkətinə qoşulmazdan öncə tutduğu son vəzifədə o, kəşfiyyat və hasilat (apstrim), emal və satış (daunstrim) boyu “BP Global” şirkətinin yanacaq strategiyalarının işlənib hazırlanmasına və icrasına görə cavabdehlik daşıyan eləcə də, təchizatçı ilə əməkdaşlıq münasibətləri prinsipləri əsasında onun qlobal strateji fəaliyyətlərini idarə edən Logistika satınalmaları üzrə baş menecer vəzifəsini icra etmişdir.
Nəzər İqtisad Universitetinin Menecment üzrə bakalavr dərəcəsini bitirib və İstanbulun Mərmərə Universitetində Biznes Administrasiyası üzrə magistr dərəcəsi üzrə təhsil almışdır. O, həmçinin, Satınalma və Təchizat İnstitutunun (CIPS) sertifikatına malikdir.
2019-cu ildə Nəzər Bayramov, Azərbaycanda neft-qaz sənayəsinin inkişafına verdiyi töhfələrinə görə “SOCAR” tərəfindən “Fəxri Fərman” ilə təltif edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























