Milli Depozit Mərkəzinin rəhbərliyinə yeni təyinat
14 aprel 2023-cü il tarixində Milli Depozit Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Mərkəzin yaydığı məlumatda bildirilir ki, iclasın gündəliyində duran məsələlərdən biri Müşahidə Şurasına yeni üzvün təyin edilməsi olmuşdur.
İclasın qərarına əsasən Məmmədova Nazlı Ramiz qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının müstəqil üzvü təyin edilmişdir.
Nazlı Məmmədova 19 oktyabr 1987-cı ildə Özbəkistan Respublikası, Zarafşan şəhərində anadan olmuşdur. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin (Xüsusi İstedadlar Qrupu) bakalavr, 2011-ci ildə isə həmin universiteti magistr dərəcəsi ilə bitirmişdir.
N.Məmmədova əmək fəaliyyətini 2010-cu ildə "Ernst & Young Azerbaijan"-da audit mütəxəssisi vəzifəsində başlamışdır. 2010-2017-ci illərdə "Ernst & Young Azerbaijan"-da müxtəlif vəzifələrdə çalışmışdır. 2017-ci ildə N.Məmmədova Azərbaycan Beynəlxalq Bankında Maliyyə Menecment Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir, 2019-cü ildən isə “Moonwake Investment” MMC-də Baş Maliyyə İnzibatçısı vəzifəsində çalışır.
Qeyd edək ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurası beş nəfərdən ibarətdir. Müşahidə Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, mərkəzi depozitarın üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.
Beləliklə, Milli Depozit Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilmişdir:
Elçin Əlizadə - Müşahidə Şurasının sədri
Umeyra İbrahimova – Müşahidə Şurasının sədrinin müavini
Nadir Babazadə – Müşahidə Şurasının üzvü
Elçin Məmmədov – Müşahidə Şurasının üzvü
Nazlı Məmmədova – Müşahidə Şurasının müstəqil üzvü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















