Sahəsi 98 min kvadratmetr olacaq Zəfər Parkı salınır - 18 ay sonra hazır olacaq
Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhəri, 8 noyabr prospektində Zəfər Parkı salınır.
“PAŞA Holding”dən verilən məlumata görə, layihənin icrası “PAŞA Holding” MMC-in maliyyə dəstəyi ilə “PMD Projects” MMC tərəfindən həyata keçirilir. Bu barədə Zəfər Parkının təqdimatına həsr olunmuş ictimai dinləmədə bildirilib.
“Zəfər mövzusu, Vətən müharibəsinin iştirakçıları, Qarabağın dirçəlməsi mövzuları PAŞA Holding-in diqqət mərkəzindədir və bu səbəbdən holdinq və onun törəmə şirkələri tərəfindən davamlı olaraq sözügedən mövzulara həsr olunmuş layihələr icra olunur. Buna bariz nümunə olan, strateji önəm kəsb edən “Zəfər Parkı” layihəsi şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədini daşıyır. Parkda Vətən Müharibəsi Memorial Kompleksi, eləcə də Zəfər Muzeyi yer alacaq” – PAŞA Holding-in mətbuat katibi Aytac Muxtarzadə bildirib.
“PMD Projects” şirkətinin nümayəndəsi, “Zəfər Parkı” layihəsinin rəhbəri Pərviz Mehralıyev bildirib ki, parkın konsepsiyası artıq təsdiqlənib və hazırda dövlət qurumları ilə danışıqlar aparılır. Onun sözlərinə görə, “Yaxın 18 ayda, yəni 2024-cü ilin sonunadək tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə layihənin sahəsi 98 min kvadratmetr təşkil edəcək və onun ərazisində Azərbaycanın tarixini və İkinci Qarabağ müharibəsində qələbəsini əks etdirən obyektlər tikiləcək”.
Bildiririk ki, Zəfər Parkı üçün nəzərdə tutulan ərazidə hazırda yerləşən yaşıllıqlara zərər yetirməmək məqsədilə ərazidəki tikinti altına düşən ağacların xüsusi texnikanın köməyi ilə parka yaxın sahəyə köçürülməsi də təmin ediləcək.
Qeyd edək ki, hazırda PAŞA Holding-in dəstəyi ilə Şuşa şəhərində də Zəfər parkı salınır, eləcə də işğaldan azad olunmuş ərazilərdə məscidlər və digər infrastruktur obyektlərinin bərpası həyata keçirilir. Keçirilən bərpa işlərində, xüsusilə də işğaldan azad olunmuş Ağdam bölgəsinin yenidən qurulmasında “PMD Projects” MMC də fəal iştirak edir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
10 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















