Azərbaycanın təcrübəli bankiri bank sektorundakı mövcud riskləri açıqladı
Unibank-ın Müşahidə Şurasının sədri Eldar Qəribov Azərbaycanın bank sistemdə mövcud olan riskləri açıqlayıb.
Marja.az xəbər verir ki, təcrübəli bankir müsahibəsində, "Şübhəsiz ki, yüksək inflyasiya ölkə əhalisinin real gəlirlərinə mənfi təsir göstərir və nəzəri cəhətdən bankların kredit portfelləri üçün əlavə risklər yarada bilər, baxmayaraq ki, biz bunu hələ müşahidə etmirik", - deyib və əlavə edib:
"Eynilə, mənfi ssenari reallaşarsa və dünya iqtisadiyyatı tənəzzülə uğrayarsa, bu, istər-istəməz enerji resurslarının (neft, qaz - red) istehlakının azalmasına və müvafiq olaraq onların qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracaqdır. Ölkəmizin iqtisadiyyatının neft gəlirlərindən hələ də yüksək asılılığını nəzərə alsaq, bu, həm də əlavə risk faktorudur".
Bankirin sözlərinə görə, digər bir risk, bankların fəaliyyətinə birbaşa təsir edən tələblərdə və qanunvericilikdə həmişə proqnozlaşdırıla bilməyən dəyişikliklər ola bilər.
"Bank sektorunda konsentrasiyanın (təmərküzləşmə, bir və ya bir neçə əldə cəmləşmə - red) yüksək səviyyəsi, əmanətlərin dollarlaşması, himayədarlıq və "əməkhaqqı köləliyi", qanunvericiliyimizin mükəmməl olmaması, məhkəmə sistemindəki problemlər və s.. Güclü bank sistemi qurmaq istəyiriksə, bunların hamısı həll edilməli olan məsələlərdir", - Unibankın əsas səhmdarı bildirib.
Qeyd edək ki, "əməkhaqqı köləliyi" dedikdə, işçinin, maaşlarının hesaba köçürüləcəyi bankı müstəqil seçə bilməməsidir. İşçiyə əməkhaqqını, şirkətin əməkdaşlıq etdiyi bankdan fərqli bankın kartı ilə almaq seçimi təklif edilmir. Adətən, bir neçə iri bank müəyyən vasitələrdən istifadə edərək şirkətləri əməkhaqqı kartı layihələrinə cəlb edirlər. Nəticədə milyonlarla insana kredit vermək onlar üçün asanlaşır, digər banklar üçün çətinləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















