Bir gündə təxminən 13 milyard dollar itirdi
Milyarderin sərvətinin bu qədər azalmasının səbəbləri Tesla şirkətinin səhmlərinin ucuzlşaması və Starship prototipinin super ağır kosmik gəmisinin partlaması olub.Tesla və SpaceX, həmçinin Twitter sosial şəbəkəsinin sahibi İlon Maskın sərvəti bir gündə 12,6 milyard dollar azalıb.
Marja bu barədə "Bloomberg"ə istinadən xəbər.
Bloomberg Millionaires indeksinə görə, 2023-cü ilin əvvəlindən iş adamının itkiləri rekord həddə çatıb. Milyarderin sərvətinin belə nəzərəçarpacaq dərəcədə azalmasının səbəbləri ilin birinci rübündə göstəriciləri proqnozları doğrultmayan Tesla-nın səhmlərinin 9,75% ucuzlaşması və “Starship” prototipinin super ağır kosmik gəmisinin partlaması olub. Aprelin 20-də səhər Texasdakı Boca Chica kosmik mərkəzindən buraxılan zaman “Starship”in gəmisi partlayıb. Mask həmçinin Twitter istifadəçilərinin böyük bir hissəsinin aylıq 8 dollara başa gələn ödənişli Twitter Blue abunəliyini yeniləməkdən imtina etməsi səbəbindən də pul itirib.
51 yaşlı sahibkar dünyanın ən varlı adamları reytinqində ikinci yeri tutur, yalnız LVMH şirkətlər qrupunun (Louis Vuitton Moet Hennessy) prezidenti Bernard Arnaultdan geri qalır. Maskın sərvəti təxminən 164 milyard dollardır.
Oktyabrın 27-də Mask eyni adlı sosial şəbəkənin sahibi olan Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Alqı-satqının elan edilməsindən sonra iş adamının sərvəti 29 milyard dollar azalıb. 2022-ci ildə milyarder, rekord vuraraq, tarixdə 200 milyard dollardan çox itirən yeganə şəxs olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







