“GSMA M360 EURASIA 2023” konfransına qeydiyyat davam edir
Azercell mobil texnologiyalar üzrə sənaye liderlərini Bakıda qonaq edəcək(®) Bakı “GSMA M360 Eurasia 2023” konfransının ev sahibi olaraq region üzrə tənzimləyici qurumların nümayəndələrini, ekspertlərini, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərlərini bir araya toplayacaq.
Bölgənin ən nüfuzlu texnoloji tədbiri 16-17 may tarixlərində “Four Seasons” mehmanxanasında baş tutacaq. Tədbirə qatılmaq istəyən texnologiya mütəxəssisləri GSMA M360 Registration Page səhifəsində ödənişsiz əsaslarla onlayn qeydiyyatdan keçərək rəqəmsal dəvətnamələrini əldə edə bilərlər.
Tədbir sənayenin əsas tendensiyalarını və mühüm çağırışlarını müzakirə etmək üçün əla platforma olacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek, kibertəhlükəsizlik kimi bir sıra aktual mövzuları əhatə edəcək. Tədbirin gündəliyi ilə GSMA M360 Agenda səhifəsində tanış olmaq mümkündür.
Qeyd edək ki, “GSMA M360 EURASIA 2023” konfransı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək. Tədbirin baş sponsoru qismində Azercell çıxış edəcək.
Tədbir haqqında daha ətraflı məlumat üçün https://www.mobile360series.com/eurasia səhifəsinə keçid etmək xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























