"Qazaxıstan neftinin Azərbaycandan nəql həcmi artırılacaq "

Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bizim boru kəməri infrastruktur buna imkan verir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
Bakı-Tbilisi-Ceyhanla neft nəqlinin həcminin artırılması ilə əlaqədar problemin yekun məhsulun keyfiyyəti ilə bağlı ola biləcəyini vurğulayan dövlət başçısı bildirib: “Çünki Qazaxıstan nefti “AzeriLight” markasından fərqlidir və əgər Bakı-Tbilisi-Ceyhan vasitəsilə böyük neft həcmi nəql olunarsa biz keyfiyyətdə itirəcəyik. Çünki Bakı-Tbilisi-Ceyhanla ixrac etdiyimiz “AzeriLight” markalı neft hətta brend markalı neftdən də dəyərlidir. Lakin digər variantlar da var. Ceyhandakı yekun məhsulun keyfiyyəti dəyişərsə, biz əlbəttə ki, müəyyən kommersiya şərtləri üzərində çalışa bilərik. Yaxud Bakıdan Gürcüstanın Supsa dəniz limanına gedən boru kəmərimiz boş olarsa, biz bu boru kəmərindən istifadə edə bilərik, çünki Qara dənizdə böyük bazar var”.
XXX
Azərbaycan Xəzərin o tayındakı qonşularımızın öz resurslarının ixracı üçün infrastrukturumuzdan istifadə ilə bağlı planlarını dəstəkləyib
Azərbaycan həmişə Xəzərin o tayındakı qonşularımızın öz resurslarının ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməsi ilə bağlı planlarını dəstəkləyib.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
Uzun illər ərzində Türkmənistan neftinin Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: “Bütün bunlar kommersiya məsələləridir. Hesab edirəm ki, biz müəyyən geosiyasi dəyişiklikləri, siyasi üstünlükləri axtarmamalıyıq. Bilirsiniz, əgər Rusiya daha sərfəli olduğu üçün neftini Bakı-Tbilisi-Ceyhanla nəql etməyə qərar verərsə, əlbəttə ki, onlar bunu edəcəklər. Beləliklə, bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik. Neftin həcmi artarsa bu, bizi yalnız sevindirər. Gələcəkdə daha çox tranzit haqlarını kim istəməz ki?”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
45 d. əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
1 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
-
1 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
2 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
2 saat əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
