"Aqrar Sığorta"nın rəhbəri dəyişib
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin İdarə Heyətinin sədri dəyişib.
Bu barədə sığorta bazarındakı mənbədən bildirilib.
Məlumata görə, Əliyev Elvin Mir İsmayıl oğlu sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşıb. Onun yerinə isə "Aqrar Sığorta"nın sədr müavini Abbasova Elnarə Elxan qızı təyin edilib. O artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC 31 avqust 2020-ci ildə yaradılıb. Şirkət Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib. Onun nizamnamə kapitalı 2 milyon 187,5 min manat həcmində hər biri 1 manat dəyərində eyni sayda adi adlı sənədsiz səhmdən ibarətdir.
Şirkət Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)








