Expressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcək
(®) Expressbank Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tələbələr arasında intellektual yarış keçirdi. Bank müsabiqədə qalib gələn 5 tələbəni 2023-2024-cü tədris ili müddətində aylıq 150 AZN təqaüdlə təmin edəcək.
İntellektual yarış Azərbaycan Dövlət İqtisad Universitetinin I, II və III kurs tələbələri arasında keçirildi. Tələbələrin böyük marağına səbəb olan yarışda 15 komanda qalibiyyət üçün mübarizə apardı. Üç raunddan ibarət yarışda “RARS” komandası ən çox xal toplayaraq I yer oldu. “QƏZƏLXAN” komandası ikinci yerə, “AVENGERS” komandası isə üçüncü yerə layiq görüldü. I yeri tutan komandanın hər bir üzvü tədris ili boyunca “Expressbank”dan aylıq 150 AZN təqaüd alacaqlar. Bank həmçinin II və III yerləri tutan komandalara da dəyərli mükafatlar təqdim etdi.
“Heydər Əliyev İli”nə həsr olunmuş təqaüd proqramı ilə bağlı Expressbank ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov bildirdi: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi əhəmiyyət kəsb edir. Onun ölkəyə rəhbərliyi dövrü digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi sayılır. Görkəmli siyasi liderin gənclərə, təhsilə olan diqqət və qayğısı isə xüsusilə diqqət çəkib. Biz də Ümummilli Liderin bu ənənəsinə sadiq qalaraq tələbələrə dəstəyik və hər zaman da olacağıq. Gənclər bizim gələcəyimizdir. Qalibləri bankımız adından təbrik edir, hər bir tələbəyə təhsilində uğurlar diləyirik”.
Qeyd edək ki, Expressbank mütəmadi olaraq tələbələrlə görüşlər təşkil edir, bank sektoru ilə bağlı müxtəlif təlimlər həyata keçirir.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























