Rabitəbank və AJN jurnalist tələbələr üçün “Heydər Əliyev İli”nə həsr olunmuş yazı müsabiqəsi elan edir
(®) “Rabitəbank” ASC və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB (AJN) və Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə elan edir.
Jurnalistika fakültəsində oxuyan tələbələr məqalələrini 10 may tarixindən başlayaraq, 5 iyuna qədər müsabiqəyə təqdim edə bilərlər. Nəticələr 15 İyun Milli Qurtuluş Günündə açıqlanacaq.
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Müstəqil dövlətçiliyimizin yox olmaq təhlükəsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə qayıdışı ilə aradan qalxıb. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. 15 iyun – Milli Qurtuluş Gününün təntənəsi bu gün də özünü büruzə verir, müstəqil respublikamızın davamlı inkişafını təmin edir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. “Xilaskar” adlı esse müsabiqəsinin əsas mövzusu da məhz Milli Qurtuluş Gününə və onun nəticələrinə həsr olunub.
Müsabiqənin şərtləri:
1. Müsabiqədə yalnız jurnalistika ixtisası üzrə hazırda bakalavr və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər.
2. İştirak etmək istəyənlər təqdim etdiyimiz link-ə daxil olub göstərilən müraciət formasını dolduraraq, mövzu üzrə məqalələrini göndərə bilərlər: https://bit.ly/44K9cya
3. Müsabiqəyə müraciət 10 may 2023 tarixində başlanır, 05 iyun 2023-cü il, saat 14:00-da bitir.
Yazılar aşağıdakı tələblərə cavab verməlidir:
- Azərbaycan dilində və “Times New Roman” şrifti ilə 12 ölçüdə hazırlanmalı;
- Yazı maksimum 3 səhifə və 1500 söz həcmində olmalıdır;
- Yazılarda Milli Qurtuluş Gününün mahiyyəti, tarixi, bugünkü nəticələri barədə fikir və mülahizələr, şərhlər, arqumentlər, statistik göstəricilər əks etdirilməlidir.
- Eyni məzmunlu və fərqli müəlliflərə aid yazılardan istifadə edilməməlidir.
Qeyd edək ki, yazılar peşəkarlardan ibarət müsabiqə komissiyası tərəfindən yoxlanılacaq. Müsabiqədə ilk 3 yerin qalibinə pul mükafatı, növbəti 10 yer üçün xüsusi diplom və simvolik hədiyyələr təqdim olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























