Şəhərdən kənarda ideal eko layihə - CƏMİ 13 VİLLA
Ekoloji cəhətdən Bakının təmiz zonalarından biri sayılan Şağan qəsəbəsində 1 hektar ərazidə inşa olunan "Shagan Green Club" layihəsi 13 villadan ibarət ağıllı yaşayış kompleksi statusuna malikdir.
Villalalar haqqında
Kompleksimizdə 3 versiyada – 213 kv.m., 400 kv.m., 485 kv.m. villalar təklif olunur.
Hər bir villa layihəsinə 5,5-7 sot torpaq sahəsi, ən azı 2 avtomobil üçün dayanacaq yeri, yaşıllıq zonası (ağaclar, qazon), açıq havada ocaq güşəsi, söhbətgah, yay mətbəxi, manqal, hovuz ( 4x8 m.), həyət üçün s/q, geyinib-soyunma otağı, duş-kabin və əlavə tikili anbar daxildir. Bu ərazilər tam hazır vəziyyətdə, dizaynlarda təqdim etdiyimiz kimi təhvil veriləcəkdir. Villanın daxili sahəsi təmirsiz şəkildə, lakin ağıllı ev sisteminin şirkətimiz tərəfindən qurulması ilə təhvil verilir.



Villaların çıxarışı (kupça) tərəfimizdən təqdim olunur və müştəridən buna görə heç bir əlavə ödəniş tələb olunmur.
Yaşayış kompleksinin fərqli üstünlükləri
Ekoloji və texnoloji həllər
Villaların tikintisində həm ümumi, həm də daxili ərazilərdə təbii materiallardan istifadə olunmaqdadır. Belə ki, villaların fasadı yüksək sıxlığa sahib təbii ağ daşla üzlənir, dam örtükləri təbii keramikadan, ümumi və villadaxili ərazilərdə isə təbii daşlardan istifadə olunur.
70% günəş enerjisi
Kompleks daxilində ümumi işıqlandırmanın 70%-i günəş enerjisi ilə çalışan avadanlıqlardan istifadə edilməklə təmin ediləcəkdir. İşıqların yanması və sönməsi avtomatik həyata keçiriləcəkdir.
“Smart” yaşayış kompleksi
Yaşayış kompleksində bütün villalar ağıllı ev sistemi ilə təmin olunmaqdadır. Bundan əlavə, avtomobil nömrələrinin avtomatik tanınması, kommunal və s. kompleks daxili xidmətlərin avtomatlaşdırılması həyata keçiriləcəkdir.
Kompleksin cari vəziyyəti
Birinci mərhələdə planlaşdırılan 8 villanın tikintisi artıq yekunlaşıb. İkinci mərhələdə daha 5 villanın tikintisinə başlanılacaq və 2023-cü ilin sonuna təhvil veriləcəkdir. Kompleksdə ümumi infrastuktur işləri isə (yol, ərazinin işıqlandırılması, inzibati bina və s.) tam olaraq 2024-cü ilin martında yekunlaşacaqdır.
Daha ətraflı məlumat üçün saytımıza daxil ola və 050 5000266 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
20 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO























