Bakıda Google, Meta, Rafineri kimi şirkətlərin iştirakı ilə “Digital Marketing Conference” keçiriləcək!
“Facemark” MMC təşkilatçılığı və “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və tərəfdaşlığı ilə 2015-ci ildən etibarən təşkil olunan “Digital Marketing Conference” 11 iyun, 2023-cü il tarixində “Four Seasons Hotel Baku”da keçiriləcəkdir.
Rəqəmsallaşaraq böyüyən, qloballaşaraq bütünləşən müasir biznes modeli ilə gələcəyin marketoloquna çağırış edən konfransın ana devizi “Rəqəmsal Minimalizm”dir.
500-dən çox şirkət əməkdaşının, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək tədbirin hədəfi rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olmaq, ölçülə bilən və effektiv olan marketinq alətlərini və ilin trendlərini müzakirə edərək faydalı platforma rolunu oynamaqdır.
“Yaradıcı kontent və Müştəri cəlbi”, “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası”, “Müştəri Davranışına Data-əsaslı Yanaşma” adlı 3 paneldən ibarət olacaq konfransda 3 peşəkar moderator və 15 spiker təcrübələrini bölüşəcək.
Bu il sayca VI dəfə keçiriləcək “Digital Marketing Conference” 2023-ə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumatla tanış olmaq üçün rəsmi internet səhifəsinə (www.dmcbaku.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/dmcbaku.az
İnstaqram: https://www.instagram.com/dmcbaku.az
Linkedln: https://www.linkedin.com/company/digital-marketing-conference
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















