Azərbaycan qaz ixracını 8% artırıb
Azərbaycan 2017-ci ilin yanvar-may aylarında 3 mlrd. 771,7 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,2% çoxdur. Bu barədə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $517 mln. 348,4 min (azalma 17%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Bu dövrdə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $515 mln. 144,4 min dəyərində 3 mlrd. 97,7 mln. kubmetr qaz ixrac edilib.
2016-cı ildə Azərbaycandan $1 mlrd. 142 mln. 66,5 min dəyərində 8 mlrd. 49,1 mln. kubmetr qaz ixrac edilib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
3 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
3 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
7 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
8 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb





























