Dünyanın ilk dizel yanacaqsız işləyən traktoru Bakıda nümayiş etdirilir - FOTOLAR
(®) 17-19 may 2023-cü il tarixlərində Bakı Expo Mərkəzində keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva da tanış olublar.
Hər il olduğu kimi bu il də sərgidə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və məhsulları ziyarətçilər üçün sərgilənir. Ötən illərdən fərqli olaraq bu il sərgidə daha çox diqqət ekoloji və iqtisadi cəhətdən səmərəli texnika və texnologiyalara ayrılıb.
Sərgidə eksklüziv olaraq təbiətin dostu Metan qazı ilə işləyən “New Holland T6.180 Methane” traktoru sərgilənmişdir. New Holland T6.180 modeli New Hollandın T6 seriyalı traktorlarının ən üst və innovativ modelidir. Bu traktor dünyada ilk zavod istehsalı olan metan qazı ilə işləyən traktordur.
Sərgi zamanı Prezident İlham Əliyev New Holland stendi ilə yaxından tanış olmuş və brendin rəsmi nümayəndəsi Stüart Kempbell tərəfindən traktor barədə ətraflı məlumat verilib.
T6 metan gücü vasitəsilə fermerlər kənd təsərrüfatı tullantılarından istifadə edərək bu traktor üçün biometan yanacağı istehsal edə bilərlər. İqtisadi və ekoloji baxımdan səmərəli olan, təbiətdən əldə edilən biometan qazı vasitəsilə təsərrüfat sahibləri təbiət çirklənməsinin qarşısını alaraq yaşıl enerji istifadəsinin geniş yayılmasına səbəb olacaqlar. Heyvandarlıqla məşğul olan fermerlər təbii gübrədən istifadə edərək ətraf mühitə karbon qazının yayılmasının qarşısının alır və nəticədə metan qazı ilə işləyən traktor yaşıl enerji dövriyyəsini bağlayır. Həmçinin, mühərrik yanacağın elastikliyini təmin edərək biometan qazı olmadığı halda təbii sıxışdırılmış qazla da çalışa bilər.
"Biometan qazı ilə işləyən traktorun Azərbaycana gətirilməsi ölkə başçısının işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması siyasətinin təbliğ edilməsi və dəstək olunmasının əsas göstəricisidir. Bu traktorun istifadəsi gələcəkdə fermerlərimizə müstəqil enerji dövriyyəsini təmin edəcəkdir",- texnikların idxalçısı bildirir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















