Bakıda yeni MİNİ modeli təqdim edildi
18 iyul tarixində İmprotex Motors" şirkəti MINI COUNTRYMAN modelini təqdim edib.
“İmprotex Motors" şirkətinin baş direktorunun birinci müavini Bayram Yaqubov bildirib ki, ikinci nəsl MINI Countryman modelini təqdim edərək əfsanəvi britaniya markası yığcam avtomobil sinfində fəal irəliləyişini davam edir. Yeni MINI Countryman – 57 illik MINI marka tarixinin ən böyük və ən universal modelidir. Tamamilə yeni avtomobilin daha da artmiş tutum imkanı, idman hasiyyəti və premium səviyyəyə məxsus xarici görünüşü ilə həyacanlandırır.
MINI COUNTRYMAN, TwinPower Turbo texnologiyalı 130 - 132 at gücünə malik benzin və dizel mühərriklər təklif olunur.
Yeni MINI Countryman avtomobili sələfinə nisbətən təxminən 2 sm daha uzun və 3 sm daha enlidir. Avtomobilin çarx bazası 7,5 sm böyümüşdür. Avtomobildə beş tam ölçülü oturacaq yeri mövcuddur. Oturacaqların yüksəlmiş mövqesi optimal görünmə dərəcəsini və sükan arxasında misilsiz hissiyəti təmin edir. Dal oturacaqları uzunlamasına 13 sm-dək tənzinləmək mümkündür. Dal oturacağın söykənəcəyi isə hissə-hissə 40:20:40 nisbində quraşdırıla bilər. Bundan başqa dal oturacaqları daha da rahat etmək və yük yerinin tutumunu əlavə artırmaq məqsədi ilə söykənəcəyin əyilmə küncünü də tənzimləmək olar. Yük yerinin həcmi 450 litrdir, ehtiyac yarandıqda isə onu 1390 litrədək artırmaq mümkündür. Əvvəlki modellə müqayisə etdikdə yük yerinin marsimal həcmi 220 litr böyümüşdür.
Azərbaycanda ilk rəsmi avtomobil idxalçılardan biri - "İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılmışdır və onun əsas fəaliyyəti premium sinfli avtomoboillərlə bağlıdır. 2015-ci ildən etibarən "İmprotex Motors" şirkəti hal-hazırda BMW AG-nin tərkib hissəsi olan Britaniyanın dünya şöhrətli MINI brendinin Azərbaycandakı rəsmi və eksklyuziv idxalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






