“McDonald's” talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqları sevindirib - FOTO
Hər il iyunun 1-də qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “McDonald's Azərbaycan” şirkəti talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün bayram tədbiri təşkil edib.
“Dəniz Mall” ticarət mərkəzində fəaliyyət göstərən “McDonalds” restoranında baş tutan tədbirdə 100-dən çox uşaq iştirak edib. Tədbir çərçivəsində uşaqlar üçün maraqlı əyləncəli proqram təşkil olunub.
Uşaqlar əvvəlcə restoranda nahar ediblər, daha sonra uşaq əyləncə mərkəzinə gedərək burada müxtəlif oyunlar oynayıblar.
Tədbir zamanı uşaqlar çoxsaylı uşaq kitablarının müəllifi, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə ilə görüşmək imkanı əldə ediblər.
B.Bağırzadə gənc oxucularla söhbətləşib, onların hər birinə öz kitablarını hədiyyə edib.
Tədbirin sonunda “McDonald's” adından uşaqlara müxtəlif hədiyyələr - maarifləndirici oyunlar və dəftərxana ləvazimatı təqdim olunub.
Əyləncəli ab-havada keçən bayram tədbiri uşaqlara müsbət emosiyalar bəxş edib.
Qeyd edək ki, “McDonald’s” şirkəti korporativ sosial məsuliyyətə hər zaman böyük əhəmiyyət verib.
Şirkətin 23 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr həyata keçirilib, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib.
Şirkət inanır ki, birlikdə həyati çətinliklərlə üzləşmiş uşaqlara kömək edə, onların dünyasını gözəlləşdirə və rəngarəng edə bilərik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























