DutyFree mağazaları onlayn satışa başlayıb
Heydər Əliyev Adına Beynəlxalq Hava Limanındakı DutyFree mağazaları onlayn satışa başlayıb.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, turistlər alacağı məhsulların qiymətlərini əvvəldən bilmək və müqayisə etmək üçün son dövrlər olduqca populyar olan MyDutyFree tətbiqindən istifadə edə bilər.
“Belə ki, səyahət edən və ya edəcək şəxslər MyDutyFree.Net saytına daxil olaraq və ya mobil tətbiqini (Android ), (iOS) yükləyərək online olaraq, istədiyi məhsulun qiymətilə maraqlana, sifariş verə bilərlər. Sonda isə öncədən etdikləri online sifarişlərini səyahət zamanı hava limanlarındakı DutyFree mağazalarından təslim ala bilərlər. MyDutyFree vasitsəilə edilən alış-verişlərdə alıcılar 10%-lik endirim də qazanırlar. Başqa sözlə MyDutyFree, səyahət və alışveriş həvəskarları üçün duty-free ticarəti sürətli və daha ucuz olaraq təklif edən bir servisdir. Əgər Siz də yay istirahətinizdə səyahət və sərfəli alış-veriş düşünürsünüzsə, MyDutyFree-ni yaddan çıxarmayın”,- Şirkətin məlumatında deyilir.
DutyFree NƏDİR?
Səyahəti həvəskarları yəqin ki, DutyFree mağazalarında tez-tez olurlar. Bəs bu mağazalarla bağlı nə dərəcədə məlumatlıyıq? Azad ticarət zonalarında fəaliyyət göstərən bu mağazalar vergi və rüsumlardan azad olunduğundan buradakı məhsuallar da normal mağazalardakına nisbətən ucuzdur.
Burada məşhur brendlərin 100% orijinal spirtli içkiləri və tütün məhsulları, tanınmış dünya istehsalçılarının ətriyyat və kosmetik məhsulları, müxtəlif qənnadı məhsulları, eləcə də səyahət çantaları, çamadan, yastıq və rahat səyahət üçün lazım olan digər əşyaların geniş çeşidi mövcuddur. Heydər Əliyev Adına Beynəlxalq Hava Limanındakı DutyFree mağazalarında (dutyfree.az) satılan məhsulların orijinallığına 100%lik zəmanəti isə Almaniyanın məşhur Heinemann təchizatçısı verir.
Lakin diqqət olunası bir məqam, bəzi ölkələrdəki Duty Free mağazalarındakı məhsulların zənn edildiyi qədər ucuz qiymətə olmamasıdır. Bu baxımdan alacağınız məhsulların qiymətlərini əvvəldən bilmək və müqayisə etmək üçün son dövrlər olduqca populyar olan MyDutyFree tətbiqindən istifadə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























