“Azercell Telekom” MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə təsdiq edilib(®) “Azercell Telekom” MMC Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğunluq üzrə resertifikasiya auditini uğurla bitirib. Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə növbəti dəfə sertifikatla təltif olunub. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. ISO 10002:2018 beynəlxalq standart məhsul və xidmətlərlə əlaqəli şikayətlərin qurumlara daxil olması, onların nəzərə alınması, cavablandırılıb həll olunması prosesini qiymətləndirir. Həmçinin, şikayətlərə baxılması işinin daha effektiv şəkildə həyata keçirilməsi üzrə tələbləri müəyyən edir. Xatırladaq ki, “Azercell Telekom” ilk dəfə hələ 2011-ci ilin aprelində ISO 10002 Standartı üzrə uyğunluq sertifikatını əldə edib.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq müasir texnologiyalar və biznes həllər vasitəsi ilə müştərilərinin həyat keyfiyyətini yüksəltməyi hədəfləyən Azercell hazırda öz abunəçilərinə çoxçeşidli servis kanallarıyla xidmət göstərir. Müştərilər Telefon Mərkəzi, Ön Masa Ofisləri və Azercell Eksklüzivləri, Onlayn Müştəri Xidmətləri, Azercell-in rəsmi Sosial Media Platformaları üzərindən öz suallarını, şikayət və təkliflərini bildirmək imkanına malikdirlər. Abunəçi sorğularının cavablandırılması istiqamətində “Azercell Telekom” MMC-nin təqdim etdiyi daha bir həll “Kabinetim” tətbiqidir. Azercell-in abunəçiləri bu tətbiq üzərindən Azərbaycan, rus və ingilis dillərində onlayn çat vasitəsilə müştəri xidmətlərinə müraciət edə, təqdim olunan müxtəlif xidmətlərə qoşula və sorğularına cavab ala bilir. Mobil operator müraciətlərə effektiv və səmərəli şəkildə baxılması, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir, müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 14 d. sonra
- 11 d. əvvəl
-
- 24 d. əvvəl
-
54 d. əvvəl
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət müəyyənləşdi
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qanunsuz qumar və mərc oyunlarının reklamına görə 5 influenser cərimələndi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
- 15 saat əvvəl
Son Xəbərlər
Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!
Azərbaycan neftinin son qiyməti
"Subaru Azərbaycan"a yeni direktor təyin edilib
Rivian 600 nəfəri işdən çıxaracaq
Azərbaycanın pambıq şirkəti bölünür
Ən çox oxunanlar
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
Qəhvə qiymətləri rekord səviyyəyə çatdı
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
Növbəti il bir sıra məhsullar ƏDV-dən azad edilir
Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq
















.jpg)








.jpg)
