Yem problemi getdikcə kəskinləşir, ət bahalaşır
Bunun obyektiv və subyektiv səbəbləri var. Yem problemi isə getdikcə kəskinləşir. Çünki su qıtlığı yaranandan sonra yonca yetişdirmək imkanı aşağı düşüb.Ət alan ortayaşlı kişi qəssaba müraciətlə: "A bala, bu ətin qiyməti niyə belə artır" - deyə soruşur. Qəssab gözünü tərəzidən çəkmədən: "Əmican, inanın ki, bu bizdən asılı deyil", - deyir və sonra da əlavə edir ki, biz də zəhməthaqqı kimi bir manat üstünə qoyub satırıq:
- Hələ onu demirəm ki, maşın tutub, kənd-kənd, oba-oba gəzib heyvan axtarırıq. İstəyirik, ucuz alıb ucuz sataq ki, müştərilər də bizdən narazı qalmasınlar. Bəzən heyvan aldığımız adamlarla yarım saat, bəlkə də daha çox danışmalı, vaxt sərf etməli oluruq. Əvəzində o da deyir ki, yem bahalaşıb, yonca kipinin birini 5-6 manata alıram, üstə gəl buna arpa çəkilmişi verirəm. Hələ zəhmətini çəkməyi, digər xidmətləri, qayğıları demirəm. Görürsən düz deyir.
Apardığımız müşahidələrdən həm də bu qənaətə gəldik ki, hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Şəhərdə yaşayaraq kənddən xəbəri olmayanın heyvandarlıq, habelə kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə məşğul olması kəndliyə, məhsul bolluğuna, rəqabətə yalnız ziyan vurur. Həmin şəxslər yaxın adamlarının, qohumlarının adına Dövlət Ehtiyat Fondundan min hektarlarla sahələr alır, külli miqdarda kreditlər götürür, fermalar tikir, xarici ölkələrdən cins mal-qara, çoxlu sayda müxtəlif adda texnikalar alırlar. Bəziləri hətta kənardan mütəxəssislər dəvət edib onlara yüksək maaş verirlər. Təsərrüfatlarında müəyyən qədər işçilər də saxlayırlar. İlk baxışdan bunlar təqdirəlayiqdir. Lakin zaman keçdikcə görürsən bütün bu canfəşanlıq inhisarçılığa, bazarda qiyməti diktə etməyə hesablanıb ki, bunun da xeyrindən çox ziyanı olur.
Salyan rayonunun Kürqaraqaşlı kəndində "Nur Gün" şirkətinin heyvandarlıq kompleksi, Cəlilabad rayonu ərazisindəki "Günəşli" aqroparkı fəaliyyətini dayandırmışdır. Amma həmin təsərrüfatlar fəaliyyət göstərdikləri dövrdə təkcə özlərinə deyil, kəndli fermerlərin öz pay torpaqlarından yüksək məhsul götürmələrinə əngəl törətmişlər. Ələ keçirdikləri min hektarlarla torpaq sahələri çox yox, 15-20 il bundan əvvəl qoyunçuluq üçün örüş olmuşdur. Otlaq sahələrinin kəskin azalması üzündən bir çox fermer qoyunçuluqla, heyvandarlıqla məşğul olmaqdan uzaqlaşmaq məcburiyyətində qalmışdır.
Məlumdur ki, heyvandarlıqda yem bazası mühüm şərtdir. Mal-qaranın sağlam, gümrah olması bilavasitə otlaqdan asılıdır. Belə bir məsəl də var: "İnəyin südü ağzındadır". Bunu ətə də aid etmək olar. Yem problemi isə getdikcə kəskinləşir. Qeyd etdiyimiz və etmədiyimiz səbəblərdən yonca kütləsi kəskin şəkildə azalır. Əslində, fermer onu əkib-becərməkdə maraqlı olmalıdır. Əvvəllər kəndli hasilə gətirdiyi yaşıl yoncanın lazımi qədərini öz mal-qarası üçün tədarük edir, qalanını satırdı. Yəqin çoxlarının yadındadır - çox yox, bir neçə il öncə maşınlar Bakının kəndlərinə, dağlıq rayonlara gecə-gündüz yem daşıyırdı. İndi isə belə bir mənzərə ilə qarşılaşmaq demək olar mümkün deyil. Çünki su qıtlığı yaranandan sonra yonca yetişdirmək imkanı aşağı düşüb. Yonca su tələb edən bitkidir, onu hər biçəndən sonra, yəni ildə ən azı dörd dəfə suvarmaq lazım gəlir.
Kənd təsərrüfatı təbiətlə əlaqədar sahədir. Payız, qış, yaz yağışlı-yağmurlu, qarlı keçəndə payızda əkilən taxılın, çöllərdə ot-alaf torpaqdan baş qaldırıb çıxmasına təbii şərait yaranır, bitkilər yazın günəşi ilə böyüyüb boy atır. Belə halda bolluq yaranır. Həm zəmilər yüksək məhsul verir, həm də mal-qara üçün bol yem əmələ gəlir. Əfsuslar olsun ki, artıq bir neçə ildir yağıntılar da azalmışdır və bu səbəbdən təbii yem bazası yaranmır. Lerik, Yardımlı rayonlarından öz qoyun-keçilərini Biləsuvar və Neftçala rayonlarına qışlamaya gətirən fermerlər bu il mart ayının əvvəllərində yığışıb dağlara qayıtmışlar.
İqlim dəyişikliyi təkcə bizim ölkədə deyil, dünyada gedən prosesdir. Odur ki, heyvandarlıqla məşğul olan fermerlər öz işlərini bunları nəzərə alaraq qurmalıdır. Əlaqədar mərkəzi və yerli icra orqanları isə bu mühüm məsələnin həllində onların yanında olmalıdır. Belə olarsa, əhali də qiyməti gündən-günə bahalaşan ətə kənardan baxıb ah çəkməz.
© "Azərbaycan", Seyran CAVADOV,
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
7 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
8 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
8 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
8 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
Ən çox oxunanlar
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ















.jpg)

