Qırmızı Ürəklər Fondu 3 şəhid ailəsini fərdi yaşayış evi ilə təmin etdi
(®) Qırmızı Ürəklər Fondu tərəfindən Kürdəmir və Masallı rayonundan olan 3 şəhid ailəsinə fərdi yaşayış evləri təqdim edilib.
3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evlərində ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Evlərin açarlarının təqdim edilməsi tədbirində Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva və fondun əməkdaşları iştirak ediblər.
Tədbirdə Sevda Haqverdiyeva ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, dövlət tərəfindən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyi qeyd edib. O bildirdi ki, fond da dövlətin sosial sahədə həyata keçirtdiyi siyasətə hər zaman öz resursları çərçivəsində dəstək göstərməyə çalışır. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyət istiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönləndirilir. Yeni evlərlə təmin olunan şəhid ailələri bu gözəl təşəbbüsə görə fonda və donorlara minnətdarlıqlarını bildiriblər.
“Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilən ianələr hesabına 2023-cü il ərzində daha 7 şəhid ailəsinə fərdi yaşayış evləri təhvil veriləcək. Tikintisi davam edən növbəti dörd evin isə cari ilin 3-cü rübünə kimi təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























