Türkiyə Mərkəzi Bankının iyun ayında faiz artıracağına dair gözləntilər artır
Morgan Stanley, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faizini (uçot dərəcəsini) iyun ayında 20 faizə, avqustda isə 25 faizə qaldıracağını gözləyir.Xarici qurumların Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) iyun ayında faiz artıracağına dair gözləntilər artmaqdadır.
Marja xəbər verir ki, Morgan Stanley, Türkiyə iqtisadiyyatı ilə bağlı hesabatında, türk lirəsinin ucuzlaşması ilə əlaqədar olaraq və yeni maliyyə naziri Mehmet Şimşəkin açıqlamalarına əsasən TCMB-nin faiz artıracaını gözlədiyini bildirib.
Hesabatda Şimşəkin maliyyə naziri təyin edilməsinin ənənəvi pul siyasətinə qayıdışın əlaməti olduğu bildirilib.
Qurumun iqtisadçıları dünənki kimi valyutada kəskin ucuzlaşma gözləmədiklərini, 2023-cü ilin sonu üçün Dollar/Tl üzrə proqnozlarının 28 lirə civarında olduğunu bildiriblər.
Morgan Stanley İyunun 22-də keçiriləcək iclasda TCMB-nin faizini 8,5 faizdən 20 faizə, avqustda isə 25 faizə yüksəldəcəyini gözləyir.
Qeyd edək ki, JPMorgan da iyun toplantısında TCMB-nin faiz dərəcəsini 25 faizə, ilin sonunadək isə 30 faizə qaldıra biləcəyini açıqlamışdır.
Fransanın iri maliyyə xidmətləri şirkəti "Societe Generale" ("SocGen") Türkiyə ilə bağlı yeni təhlilində TCMB-nin uçot dərəcəsini 22 İyunda 15 faizə qaldırılacağını proqnozlaşdırıb. Qurum, TCMB-nin uçot dərəcəsini 22 iyunda 6,50 faiz bəndi artıraraq 8,5%-dən 15%-ə çatdırılacağını, ardından iyul və avqust aylarında hər birində 5,00 faiz bəndi də artırılacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)


