Türkiyə Mərkəzi Bankına yeni sədr təyin edildi - İLK QADIN SƏDR
Hafize Gaye Erkan Türkiyə Mərkəzi Bankının iyunun 22-də keçiriləcək iclasına sədrlik edəcək. Beləliklə, "uçot dərəcəsi aşağı düşəcək, eyni qalacaq, yoxsa artacaq?" Bu, ən çox verilən sualdır.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Hafize Gaye Erkan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri təyin edilib. Beləliklə, Hafize Gaye Erkan TCMB-nin ilk qadın sədri olub.
Marja xəbər verir ki, bu barədə Sərəncam "Rəsmi Qəzet"də dərc edilib.
Mehmet Şimşəkin (yeni maliyyə naziri) 5 illik fasilədən sonra yenidən Türkiyədə iqtisadiyyat idarəçiliyinə keçməsilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına gözlənilən təyinat reallaşıb.
ABŞ-da "Möhtəşəm Türk Qızı" kimi tanınan Hafize Qaye Erkanın ilk imtahanı iyunun 22-də olacaq. İyunun 22-də Mərkəzi abnkın Pul Siyasəti Komitəsinin iclasında 8,5% olan siyasət faizinin eyni qalıb-qalmayacağı bazarda ən böyük sualdır.
Hafize Gaye Erkan kimdir?
1982-ci ildə İstanbulda anadan olmuş Erkan İstanbulda liseyi bitirdikdən sonra 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib. Təhsilini ABŞ-da davam etdirən Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını da bitirmişdir.
Karyerasına 2005-ci ildə Goldman Sachs-da başlayan Erkan "First Republic Bank"da və " Tiffany & Co" da yüksək vəzifələrdə çalışıb.
Hafize Gaye Erkan ABŞ-dakı uğurlu iş həyatına görə "Möhtəşəm Türk Qızı" kimi tanınıb. San Francisco Business Times-ın 2018-ci ildə apardığı araşdırmaya görə, Amerikanın 100 ən böyük bankında prezident və ya Baş direktor titulu daşıyan 40 yaşdan kiçik yeganə qadın seçilib, Kreyn New York Business-in "Yaşı 40-dan aşağı olan 40 nəfər" siyahısına daxil olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















