Coca-Cola Azərbaycan yayın musiqili və bol hədiyyəli kampaniyasına start verir
(®) Coca-Cola Azərbaycan 1 iyun – 24 avqust tarixi arasında davam edəcək “Musiqi 2023” kampaniyasında istehlakçılara Almaniyada Musiqi festivalı təcrübəsi və minlərlə möhtəşəm hədiyyə qazanma şansı təqdim edir.
Kampaniyada iştirak etmək üçün 0.5 L həcmində olan “Coca-Cola Classic”, “Coca-Cola Sıfır Şəkər”, “Fanta Portağal” və “Sprite” məhsullarının gümüşü qapaqlarının altındakı promo kod ilə qeydiyyatdan keçmək kifayətdir.
Gümüşü qapağın altındakı unikal kodu 2 vasitə ilə qeydiyyatdan keçirmək olar:
-Kodu “7676” nömrəsinə SMS vasitəsilə göndərmək,
-music.coca-cola.az internet saytı vasitəsilə qeydiyyatdan keçmək.
Hər cümə axşamı keçiriləcək lotoreyada qaliblər Gənclik Mall -1-ci mərtəbəsində elan olunacaq.
Kampaniya müddətində Coca-Cola Azərbaycan Bakının müxtəlif ərazilərində musiqi konsepti ilə müxtəlif əyləncəli tədbirlər də təşkil edəcək.
Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, şirkətin musiqili yay kampaniyaları artıq ənənə formasını alır:
“Coca-Cola Azərbaycan yayın əyləncəli kampaniyasına start verir. Əminəm ki, məhsullarımızın həvəskarları bu kampaniyaya da maraqla qoşulacaqlar. Şərtlərimiz sadədir, gümüşü qapağın altındakı kodu qeydiyyatdan keçirməklə minlərlə qalibimizdən biri olmaq şansı qazanırsınız. Hər kəsə uğurlar arzulayıram”.
12 tirajlı lotereyanın iştirakçıları ilk 6 tirajda hər tirajda 2 uduş olmaqla Almaniyanın Berlin şəhərində keçiriləcək dünyaca məşhur Lollapalooza festivalında ikinəfərlik musiqi təcrübəsi ilə yanaşı, hər tirajda 500 ədəd brendinqli səsgücləndirici, 150 ədəd brendinqli qulaqlıq, 20 ədəd Apple homepod mini-ağıllı səsgücləndirici, 10 ədəd Apple Airpods, 5 ədəd Apple Iphone 14 128 GB olmaqla ümumilikdə 8,232 hədiyyə qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, bundan əvvəl Coca-Cola Azərbaycan ötən yay “Musiqi 2022” kampaniyasını həyata keçirmişdi.
Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.
Coca-Cola Azərbaycanın kampaniyaları barədə daha ətraflı məlumatla coca-cola.az saytında tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























