Nazir: İctimai nəqliyyat əhali üçün maraqsız olub
“Bu gün ictimai nəqliyyat əhali üçün maraqsız olub”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, ictimai nəqliyyat biznes olaraq operatorlar üçün maraqlı deyil: “Bütün bunlara nəzər saldıqda artıq Bakının rəqəmsal əkizinin yaradılması zərurəti yaranıb. Keçən ilin oktyabrında artıq buna başlanıb və iyul ayının sonunda bu təqdim ediləcək. Bu təqdim olunandan sonra bizə artıq məlum olacaq ki, investisiyanı hara qoymalıyıq. Bakı şəhərində mobilliyin təmin edilməsi üçün ilk olaraq qanunvericiliyə dəyişikliklər etməyə çalışdıq. Yükdaşımalar və sərnişindaşımalar tam şəkildə artıq liberallaşıb. Bizim bu gün təklif etdiyimiz dəyişikliklər bəlli standartları – istər təhlükəsizlik, istər vətəndaşların məmnuniyyəti ilə bağlı standartları müəyyən etmək üçündür”.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, “Bizim məqsədimiz taksilərin sayını azaltmaq yox, taksi gedişlərinin sayını azaltmaqdır”.
Nazir bildirib ki, taksi aqreqatorları artıq onlarla məlumatlarını bölüşürlər:
“O məlumatlara baxanda görürük ki, taksi gedişlərinin çoxu 1,5-3 km olan məsafəyədir. Hansı ki, bu məsafəni ya ayaqla getmək olar, ya da ictimai nəqliyyatla. Biz əhaliyə yaşadığı yerlərdən ictimai nəqliyyatın keçməsini təmin edə bilərik. Bakı şəhərinin mərkəzində bu kimi gedişlərin çox olduğunu görürük. Təxminən 67 min taksi bu gün Bakı şəhərində fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-15 saatdır. Həmin işçilərin iş saatlarının azaldılması, bazarda qiymətlərin müəyyən qədər tənzimlənməsi hesabına onlar nə gəlirlərindən, nə də işlərindən məhrum olacaqlar”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























