Xəstəxananın vəzifəli şəxsinin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsi baxacaq
Xəstəxananın vəzifəli şəxsi barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıbAzərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Hüseyn Seyidovun 2022-ci ilin mart-dekabr aylarında həmin vəzifədə işləyərkən digər şəxslərlə əlbir olub müxtəlif şəxslərdən rüşvət alaraq onların həmin xəstəxanada stasionar qaydada müayinə və müalicə edilməsi barədə tibbi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin işdən ayrılmış cinayət işi üzrə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















