Artıq mütəxəssis axtarılan zaman xaricə üz tutmaq dövrü sona çatdı - FOTO
“Əvvəl əmək bazarında yerli kadrlar əvəzinə xarici kadrlara daha çox üstünlük verilirdi. Lakin BDA bu tabuları yıxdı və modern sahələrdə xarici kadrlarla rəqabətədavamlı yerli kadrlar yetişdirir. Artıq professional kadr axtararkən xarici bazara üz tutmağa gərək yoxdur”
Bunu rebrendinq təqdimatındakı çıxışında Bakı Dizayn Akademiyasının rəhbəri Aysel Gülməmmədova qeyd edib.

Belə ki, 4 iyun tarixində ölkənin təhsil sektorunda öncül şirkətlərindən biri olan Bakı Dizayn Akademiyası yenilənmiş brendinqini təqdim edib. Əsasən, dizayn sahələrində mütəxəssis yetişdirən Akademiya, yeni subbrendi daxilində Full Stack Development, Data Science, Product Owner kimi yeni ixtisasların yaradıldığını da elan etdi.
Daim fərqli işləri ilə diqqət mərkəzində olan BDA elə rebrendinq tədbirini də özünməxsus tərzdə həyata keçirib. Qonaqların hər birinə unikal və şəxsə özəl dəvət məktubları göndərilib. Adı xüsusilə “Metamorfoz” seçilən tədbir, həm yaradıcı sektorun, həm də Akademiyanın özünün fasiləsiz inkişafını simvolizə edir.
Tədbirdə kreativ sektorun öndəgələn şəxsləri və şirkət rəhbərləri bir araya gəlib. Avroviziya təmsilçiləri Nadir Rüstəmli və TuralTuranX səhnədə canlı performansla çıxış ediblər.

Akademiyanın Karyera Mərkəzinin rəhbəri Türkan Devricova isə öz çıxışında karyerasının ilkin addımlarında çətinliklərlə qarşılaşan gənclər üçün yaradılmış fürsətlər, BDA məzunlarının əmək bazarına hazır kadr kimi formalaşmaları üçün görülən işlər və püxtələşmiş dizayner axtarışında olan müxtəlif şirkətlərlə əməkdaşlıq imkanlarından bəhs edib.
İnstagram: @bakudesignacademy
Facebook: bakudesignacademy
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























