Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin kommersiya tərəfdaşı ilə ilk inteqrasiyasını yekunlaşdırıb.
SİMA sahibkar həlli vasitəsilə bank sektoru üzrə xidmət və məhsullarının əlçatanlığını artıran ilk maliyyə təşkilatı “Yelo Bank” olub. Rəqəmsal imzanın bankın “Yelo” mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Artıq fərdi sahibkarlar bankın filialına getmədən SİMA ilə “Yelo” tətbiqində qeydiyyatdan keçərək özlərinin şəxsiyyətini təsdiqlədə biləcəklər. Bununla da müştərilər istənilən vaxtda və istənilən yerdən “Yelo” tətbiqində qeydiyyatdan keçərək bankın fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmət və məhsullarına giriş əldə edəcəklər.
Hazırda “Yelo Bank” ilə SİMA arasında digər xidmətlər üzrə də inteqrasiya işləri sürətlə davam edir. Tezliklə fərdi sahibkarlar SİMA ilə “Yelo” tətbiqi üzərindən bankda onlayn hesab açılması prosesini də anında həyata keçirə biləcəklər. Həmçinin bankın müştərilərinin kredit üçün müraciət edərkən sənədləri SİMA ilə imzalamaq imkanı olacaq. Növbəti mərhələ üçün nəzərdə tutulan bu iki xidmətin istifadəyə verilməsi ilə sahibkarların xidmət mərkəzlərinə getməsinə, növbələrdə gözləməsinə, fiziki olaraq kağız sənədləri imzalamasına ehtiyac qalmayacaq.
“Yelo” mobil tətbiqi daxilində hesab üzrə əməliyyatları təsdiq edən sahibkarların SİMA yeni nəsil rəqəmsal imza ilə vergi və büdcə ödənişlərini, bankdaxili və ölkədaxili valyuta mübadilələrini həyata keçirməsi planlaşdırılır.
Qeyd edək ki, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən vətəndaşlar daha sonra VÖEN-i daxil etməklə fərdi sahibkar imza sertifikatı əldə edəcəklər. Fərdi sahibkarlar SİMA rəqəmsal imza ilə “Elektron hökumət” sisteminə daxil olan 37 portalda dövlət elektron xidmətlərinə giriş edə bilərlər. Həmçinin “ASAN Login” Vahid Giriş Sisteminə daxil olaraq “E-customs” portalında “İdxal olunan məhsulların bəyan edilməsi”, “Şəxsi hesab e-vərəqəsinə giriş”, Əmək Münasibətləri və Məşğulluq altsistemində “Əmək bildirişlərinin əlavə edilməsi”, Lisenziyalar və icazələr portalında “İcazələr və lisenziyalar üzrə müraciətlərin göndərilməsi” xidmətlərindən faydalana bilərlər. Hazırda SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin digər dövlət qurumlarının elektron sistemlərinə və portallarına inteqrasiyası ilə bağlı texniki işlər davam etdirilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 saat əvvəl
-
-
11 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 11 saat əvvəl
-
12 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
12 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
13 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
13 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
13 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"

























