Bank BTB növbəti dəfə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə öz töhfəsini verdi ®
Bank BTB korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq əhalinin həssas qrupları sayılan (əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və işaxtaran şəxslər və b.) şəxslərin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramını uğurla davam etdirir.
Bu dəfə proqram çərçivəsində Bank BTB Yevlax, Goranboy, Göygöl və Tərtər rayonlarında müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 4 aztəminatlı ailəyə lazımi avadanlıqların alınmasını təmin edib.
Onlardan Mustafayeva Tamam və Məmmədova Saidə xanıma qadın gözəllik salonunda fəaliyyətləri üçün zəruri avadanlıqlar alınaraq təhvil verilib. Həmçinin, Əsədova Lütviyyə və Kərimova Vəsilə xanıma dərzilik peşəsi istiqamətində öz kiçik bizneslərini qurmaq üçün Bank BTB tərəfindən dəstək verilmişdir.
Qeyd edək ki, Bank BTB Özünüməşğulluğa Dəstək layihəsi çərçivəsində ümumilikdə 48 ailəyə yardım edib. Məqsəd ölkədə həssas əhali qrupları arasında özünüməşğulluğun təmin edilməsilə yanaşı, kiçik sahibkarlığın inkişafına da dəstək olmaqdır.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)









