“AzInTelecom” MMC-nin dəstəyi ilə “ISO 9001:2015. Şərh və tətbiq üzrə tövsiyələr” kitabı nəşr edilib
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Keyfiyyət Assosiasiyasının “ISO 9001:2015. Şərh və tətbiq üzrə tövsiyələr” kitabının qızıl sponsoru olub.
Azərbaycan dilində çap olunan vəsait dünyanın ən məşhur beynəlxalq standartı hesab edilən “ISO 9001:2015”-in tələblərini ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən kiçik, orta və iri müəssisələr, eləcə də sahibkarların fəaliyyətlərində daha rahat tətbiq etmələrinə dəstək məqsədilə hazırlanıb.
Vəsaitin, eyni zamanda idarəetmə ixtisası üzrə təhsil alan tələbə, magistr və aspirantlar, ali təhsil müəssisələrinin müəllim heyəti və keyfiyyət idarəetmə üzrə çalışan gənc mütəxəssislər üçün də mühüm mənbə olacağı proqnozlaşdırılır.
Kitabın təqdimat mərasimində çıxış edən “AzInTelecom” MMC-nin İnsan kapitalının idarə olunması departamentinin direktoru Renat Rüstəmov qeyd edib ki, son illərdə beynəlxalq standartların tətbiqi şirkətlərin biznes davamlılığında mühüm rol oynayır. Belə ki, “AzInTelecom” MMC-nin bu sahənin inkişafına dəstək olmaq məqsədilə həyata keçirdiyi layihələrdən biri də sözügedən kitabın çapında yaxından iştirakı olub.
Keyfiyyətin idarə olunması sistemlərinin şirkətin davamlılığını təmin edən əsas göstəricilərdən birinə çevrildiyini deyən Renat Rüstəmov vurğulayıb ki, əvvəllər bu işlərə sadəcə formal proseslər kimi yanaşılırdısa, indi bu, artıq şirkətlərin idarə olunmasında ciddi əhəmiyyət daşıyır. Ona görə də şirkətlər artıq real olaraq beynəlxalq standart sertifikatlarını əldə etməkdə maraqlıdır. Həmin standartlarla bağlı əyani vəsaitlərin dərc olunması isə günümüzün tələblərindən birinə çevrilib.
Qeyd edək ki, biznesdə rəqəmsallaşma, keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafına dəstək olmaq “AzInTelecom” MMC-nin daim diqqətdə saxladığı məsələlərdəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)









