Rusiyada baş verən böhran buğdanın qiymətini bahalaşdırıb
Dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Rusiyada baş verən Vaqner böhranı buğdanın qiymətinin qalxmasına səbəb olub.Rusiyada baş verən böhran buğdanın qiymətini bahalaşdırıb.
Marja.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin, təxminən dörddə bir əsrlik hakimiyyəti dövründə ən böyük silahlı üsyana şahid olduğu həftə sonundan sonra buğda qiymətləri yüksəlib.
Vaqnerin (Wagner) muzdlu dəstəsinin lideri Yevgeni Priqojin tərəfindən başlayan üsyandan sonra "Vaqner" üzvləri bir neçə saat ərzində Moskvaya yaxınlaşdı. Üsyanın dayandırılması üçün razılaşma əldə edildi və Priqojin üsyanı dayandırdı.
Çikaqoda buğda fyuçers müqavilələri 1,3 faiz artaraq buşeli 7,5625 dollara çatıb. Çünki bazar iştirakçıları Rusiyadakı böhranı öz qiymətlərinə əlavə ediblər.
ABŞ-da quru hava şəraiti, Rusiya ilə Ukrayna arasında münaqişənin kəskinləşməsi, Ukraynaya Qara dəniz limanlarından taxıl daşımağa imkan verən sazişin uzadılmayacağının gözlənildiyi üçün qiymətlər bu ay təxminən 27 faiz artıb.
Rusiyanın bu mövsümdə və gələn mövsümdə dünyanın ən böyük buğda ixracatçısı olacağı gözlənilir. Ona görə də Rusiyanın daşınmalarında hər hansı fasilənin qiymətlər ciddi təsir göstərəcəyi gözlənilir.
Ukraynanın işğalından sonra Moskva Qara dəniz limanlarından Ukraynanın ixracını məhdudlaşdırmaqla qlobal bazarda öz gücünü tədricən artırıb.
RUBLA "VAQNER" ZƏRBƏSİ
“Vaqner”in lideri Yevgeni Priqojinin qısamüddətli üsyanından sonra rubl dollara nisbətdə ucuzlaşıb. Dollar/Rubl məzənnəsi 84,58 rubla yüksəlib. Rusiya rublu dollara nisbətdə 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.
“Vaqner” muzdlu dəstəsinin lideri Priqojin Putinin ordu komandirlərinin işdən çıxarılmasını tələb edərək Rusiyanın paytaxtı Moskvaya yürüş edib. Belarus lideri Aleksandr Lukaşenkonun sövdələşməyə vasitəçilik etməsindən sonra böhran aradan qaldırılıb.
Analitiklər bildirir ki, "Davam edən qeyri-müəyyənlik, çox güman ki, rublu təzyiq altında saxlayacaq". Analitiklər bir dolların 90 rubla qədər bahalaşacağını proqnozlaşdırırlar.
Priqojinin ordusu Moskvaya doğru irəliləyərkən Rusiya bankları şənbə günü bir dolların satış qiymətini 100 rubldan yuxarı qaldırmışdılar. Priqojin geri çəkiləcəyini elan etdikdən sonra valyuta məzənnələri əvvəlki səviyyələrinə qayıtdı.
Rubl bu il ABŞ valyutasına nisbətdə təxminən 13 faiz dəyər itirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
26 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
30 d. əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
5 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
6 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi






















