“İldən-ilə gəlirlərimiz artır, dövlətdən asılılığımız azalır" - 100 MİLYONLUQ ZƏRƏR İLƏ BAĞLI AÇIQLAMA
Bu gün Dövlət Turizm Agentliyi Şahdağ Turizm Mərkəzinə media tur təşkil edib.
Mövsümün başlanması ilə bağlı təşkil olunmuş media turda jurnalistlərə turizm mərkəzinin infrastrukturu barədə məlumat verilib.
Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov mərkəzin zərərlə işləməsi barədə məlumatlara da münasibət bildirib.
O deyib ki, hesabatda göstərilən 100 milyon manata yaxın zərər 2016-cı ildən bu günə qədər toplam zərərdir:
Bu, nəğd zərər deyil, orada vergilər və digər xərclər var. Qeyd edim ki, 2021-ci ildə dövriyyəmiz 6,3 milyon manat, dövlətdən verilən vəsait 13,9 milyon manat idisə, 2022-ci ildə dövriyyə 10,4 milyon manat təşkil edib. Bu, 65 faiz daha artıq dövriyyə deməkdir. Həmçinin 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat təşkil edib. Bu da 14 faiz azalma deməkdir. İllik satışın 65 faizi, xərclərin 37 faiz artması bizim sənaye üçün çox yaxşı göstəricidir”.
Rüstəm Nəcəfov həmçinin vurğulayıb ki, 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon, yəni 235 faiz daha artıq olub. O cümlədən 2016-cı ildə dövlətin ayırdığı vəsait 17,9 milyon manat təşkil etmişdi:
“İldən-ilə gəlirlər artır və dövlətdən asılılıq azalır. Biz zərərimizi azaltmaq üçün gəlirlərimizi artırmağı və dövlətdən asılılığımızı azaltmağı hədəfləmişik. Ümid edirəm ki, qısa zamanda buna nail olacağıq".
XXX
Rüstəm Nəcəfov deyib ki, Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin zərərinin azaldılması ilə bağlı daxili strateji yol xəritəsi hazırlanıb. Onun sözlərinə görə, əsas hədəf qısa müddət ərzində mənfəətə keçməkdir:
"Bu məsələlər investisiyalardan aslıdır. 2024-cü ildə "Şahdağ" Turizm Mərkəzinin ərazisində yeni otel fəaliyyətə başlayacaq. Bundan başqa, beynəlxalq, dünya kuboku səviyyəli yarışların keçirilməsi üçün (xizək yarışları üzrə) gələn həftədən xüsusi kanat yolu və yamaç yolunun tikintisinə başlanılacaq. Bunu nəzərə alsaq yüklülüyümüz artır, ancaq biz gəlirliliyimizi artırmağa çalışırıq".
Qeyd edək ki, Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2022-ci ili 8 milyon 688 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 6 milyon 344 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Şahdağ Turizm Mərkəzi"nin xalis zərəri 2 milyon 344 min manat və ya 37% artıb. Ötən ilin zərəri də daxil olmaqla "Şahdağ Turizm Mərkəzi" QSC-nin yığılmış zərəri 97 milyon 177 min manata yüksəlib. 100 milyon manata yaxın zərər 2016-cı ildən bu günə qədər olan ümumi zərərdir.
XXX
Rüstəm Nəcəfov deyib ki, ötən il 109 mindən çox ziyarətçi Şahdağa səfər edib, hotellərdə 60 minə yaxın qonağa xidmət göstərilib.
O qeyd edib ki, bu ilin yanvar-iyun aylarında 70 minə yaxın qonaq qəbul edilib.
© APA, Report, Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb






















