“PAŞA Property Management” şirkətinə yeni Baş icraçı direktor təyin edilib
“PAŞA Property Management” şirkətinin Baş icraçı direktoru (СEO) vəzifəsinə Elçin Qədimov təyin edilib.
Bu barədə Marja-ya Şirkətdən bildirilib.
Qeyd edilib ki, bundan əvvəl E. Qədimov şirkətin Baş kommersiya direktoru vəzifəsini icra edirdi. E.Qədimov 2022-ci ilin əvvəllərinə kimi maliyyə və bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Cənubi Alabama Universitetinin MBA dərəcəsinə malikdir.
“PAŞA Property Management” şirkətinin Baş kommersiya direktoru vəzifəsinə isə Riad Salayev təyin edilib. R. Salayev 2022-ci ilin avqust ayından etibarən "PAŞA Management Company"də Transformasiya direktoru olub. Daha əvvəl isə o, "McKinsey", "Landau Məktəbi" və "Schlumberger" kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, “PAŞA Property Management” şirkəti daşınmaz əmlakın satışı, icarəsi və idarə edilməsini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 d. əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
26 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
-
29 d. əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
29 d. əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
47 d. əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
-
2 saat əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ























