Dokdo və Qarabağ: Ərazi münaqişəsinin ortaq ağrıları
Aydın dənizdə ”üzən” kiçik bir ada - Dokdo və yaşıllıqlara bürünmüş uca dağların qoynunda yerləşən Qarabağ. Coğrafi baxımdan uzaq olsalar da, qonşularla ərazi mübahisələri səbəbindən bu iki bölgə oxşar faciələr yaşayır. Mən burada paralel aparmaq, qlobusun 42-ci paralelində qərarlaşan ölkələrimizin və tikanlı məftillərlə ikiyə bölünmüş xalqlarımızın bənzər taleləri arasında mistik bənzərlik axtarmaq niyyətində deyiləm. Odur ki, gəlin vəziyyəti, necə deyərlər, yerdə təhlil edək. Söhbətə Şərq dənizinə səyahətlə başlayırıq.
Dokdo Şərqi Asiyada yerləşən kiçicik adalar qrupudur. Dongdo və Seodo adlı iki adadan ibarətdir. Dongdo daha böyükdür və Seododan şimaldadır. Onlar 2,5-4,6 milyon il əvvəl yaranmış vulkanik adalardır. Dokdo dənizdən qalxan qayalardan ibarətdir. Bu səbəbdən dik yamaclar adaya yaxınlaşmağı çətinləşdirir. Amma bu amillərə adanın əsrarəngizliyini və heyrətamizliyini artıran, ona özünəməxsusluq verən, təbii alınmaz qala obrazı bəxş edən keyfiyyətlər kimi də baxa bilərik.
Dokdonun təbiətinə gəlincə, iqlimi son dərəcə qurudur. Adada içməli su mənbələri yoxdur. Şərq dənizindən əsən güclü küləklər özü ilə duzlu suları da gətirir, bitkilərin inkişafını çətinləşdirir. Göründüyü kimi, su ilə ahatə olunmuş adanın əsas problemi də elə su qıtlığıyla bağlıdır. Bununla belə, Dokdonun bitki örtüyü təəccüblü dərəcədə zəngindir. Burada təxminən 50-60 növ bitki var və onların arasında dəniz xrizanteması ən məşhurudur. Bu əsasən bənövşəyi ləçəkli, daşların arasında açan güllər yalnız Dokdo sahillərində və Yaponiyanın qərbində bitən nadir bitkidir. O, Dokdonu simvolizə edən çiçək kimi tanınır. Bu çiçək Dokdonun sərt mühitində belə çiçəkləyən gözəlliyi simvollaşdırır. Haşiyə çıxaraq qeyd edim ki, Şuşa dağlarında, Qarabağda bitən xarıbülbül gülü də Qarabağın Ermənistan tərəfindən işğal edildiyi onilliklər ərzində o torpaqlara yenidən qayıdış simvolu kimi azərbaycanlıların hər zaman xatirində yaşatdığı bir talisman və müqəddəs simvol idi.
Dokdo tarixən Koreya ərazisi hesab olunub. Koreya torpaqlarını yüzillərlə idarə etmiş Joseon sülaləsindən üzü bəri Dokdoda mühafizəçilər yerləşdirilirdi. 1905-ci ildə Yaponiya Dokdonu zəbt etdi. 1910-cu ildə isə Koreya imperialist təcavüzü nəticəsində Yaponiyanın müstəmləkəsinə çevrildiyindən Dokdo adası da Yaponiyanın tam nəzarəti altına keçdi. 1945-ci ildə Yaponiya İkinci Dünya Müharibəsində məğlub oldu və Koreya yenidən müstəqilliyini bərpa etdi. Müttəfiq Qüvvələr Qərargahı həmin il 677 saylı sərəncam qəbul etdi. Sənəd Koreya ərazisinin, o cümlədən Dokdo adasının Yaponiyanın nəzarətindən çıxarılmasını ehtiva edirdi. Buna baxmayaraq, Yaponiya Dokdoya iddiasını davam etdirirdi. Nəticədə Dokdo mübahisəli əraziyə çevrildi. Yaponiya Dokdonu öz təbirincə "Takeşima" adlandırdı. Beləliklə, Dokdo iki ölkə arasında onilliklərlə davam edən suverenlik məsələsinin mərkəzinə çevrildi.
Dokdo uğrunda torpaq mübahisəsi biz azərbaycanlılara 100 illik Qarabağ yarasını xatırlatmaya bilməz. Qarabağ xanlığı Rusiya imperiyasına yerli etnik azərbaycanlı xan - İbrahim Xəlil xanın təşəbbüsü ilə qoşulub. XIX-cu əsrin birinci yarısında bölgəyə ermənilərin köçürülməsi milli tərkibin kəskin dəyişməsi ilə nəticələnib. Yüz il sonra imperiya dağılan dövrdə, yəni 1918-1920-ci illərdə Qarabağın kimə - müstəqillik qazanan Azərbaycana, yoxsa Ermənistana - məxsus olması məsələsi qanlı toqquşmalarla yadda qalıb. SSRİ-nin yaradılması ilə münaqişə donma fazasına keçib. Bu dövrdə Azərbaycan böyük güzəştə gedərək, Qarabağa muxtariyyət - özünüidarətmə statusu verib. Amma Ermənistan bununla kifayətlənmir, dəfələrlə Qarabağın ona birləşdirilməsi məsələsini ortaya atırdı. Nəhayət, SSRİ dağılan ərəfədə - 1988-1990-cı illərdə Ermənistan 250 min etnik azərbaycanlıları bu ölkədən qovdu, etnik ermənilərin çoxluq təşkil etdiyi, 150 min insanın məskunlaşdığı Qarabağı özünə birləşdirmək üçün silahlı münaqişəyə əl atdı. Münaqişə minlərlə insanın ölümü ilə nəticələndi və bir çoxları öz yurdlarını tərk etmək məcburiyyətində qaldı. Ermənistan kənar dəstək hesabına Qarabağ və ətraf əraziləri işğal edə bildi. Qarabağ üzərində Azərbaycanın suverenliyinin barpa edilməsi üçün 30 ilədək davam edən danışıqlar bir nəticə vermədi. 2020-ci ilin sonlarında münaqişə yenidən qaynar fazaya keçdi və Azərbaycan ordusu işğal edilmiş torpaqlarının böyük bir hissəsini hərbi yolla azad etməklə zəfər çaldı. Hazırda Azərbaycan Qarabağın intiqrasiyası, Ermənistanla Sülh Müqaviləsini bağlamaq xəttini yürüdür.
Qarabağ və Dokdo ölkələrimiz üçün suveren ərazi kimi önəm daşıyır. Hər iki ölkə ərazi mübahisəsində öz haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətini çatdırsa da, həm Dokdo, həm də Qarabağda münaqişə hələ tam həlli tapılmayıb.
Dokdo beynəlxalq ictimaiyyət tərəfindən Koreya ərazisi kimi tanınır və Koreya hökuməti beynəlxalq ictimaiyyətin Dokdo haqqında məlumatlılığını artırmaq üçün səylər göstərir. Müxtəlif beynəlxalq forumlar və konfranslar təşkil etməklə Koreya hökuməti ümid edir ki, Dokdo Koreyanın mübahisəli bölgəsi kimi deyil, insanların təbiətin bu bölgəyə bəxş etdiyi gözəllliklərdən həzz ala biləcəyi sülh adası kimi tanınacaq.
Amma birtərəfli səylər yetərli olmaya bilər. Hər iki tərəfin danışıqlar və dialoq yolu ilə razılıq nöqtəsi tapması və sülh yolu ilə həll variantını axtarması vacibdir. Yalnız ədalətli sülh Dokdo və ətraf ərazilərin təbii mühitini qoruyub saxlamaqla Koreya və Yaponiya arasında bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı anlaşmaya yol aça bilər. Uzun illər Qarabağ probleminin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə sadiq qalan Azərbaycanda hesab edirlər ki, onun Dokdo barəsində də tətbiqi problemin ən ədalətli həlli olardı.
Xəyalə Babalı, Çunq-Anq Universitetinin tələbəsi. Seul.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 7 d. əvvəl
-
38 d. əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
1 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
1 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
2 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur






.jpg)
.jpg)







.jpg)






