“PAŞA Bank” “Növbəti 100 il” adlı rəqəmsal incəsənət müsabiqəsinin qaliblərini mükafatlandırıb
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr etdiyi “Növbəti 100 il” müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Mükafatlandırma mərasimi iyul ayının 20-də “PAŞA Bank”ın baş ofisində keçirilib. Beləliklə də, müsabiqənin ilk üç pilləsinin qalibləri olan Əsmər Göyüşovaya, Aynur İsayevaya və Orxan Qurbanova müvafiq olaraq 5000 AZN, 3000 AZN və 1000 AZN dəyərində mükafat təqdim olunub.
“PAŞA Bank” tərəfindən ümummilli lider Heydər Əliyevə həsr olunan “Növbəti 100 il” adlı rəqəmsal incəsənət müsabiqəsinin qalibləri mükafatlandırılıb
Xatırladaq ki, “PAŞA Bank” bu rəqəmsal incəsənət müsabiqəsi vasitəsilə yaradıcı şəxsləri ulu öndərin banisi olduğu müasir Azərbaycanın növbəti 100 ilini təsvir etməyə səsləyib. Müsabiqə tələblərinə uyğun gələn əsərlər isə Azərbaycanın rəqəmsal incəsənət və marketinq sahəsinin aparıcı simalarının təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdirilib.
Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”, fəaliyyəti boyunca ölkəmizin milli və mədəni irsinin qorunmasını, gələcək nəsillərə ötürülməsini və beynəlxalq müstəvidə tanıdılmasını diqqət mərkəzində saxlayıb. Bank, bu müsabiqəni keçirməklə müasir Azərbaycanın qurucusu və ümummilli lideri Heydər Əliyevin irsinin tərənnümünə öz töhfəsini verməyi hədəfləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 33 d. əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur



















.webp)






