"AccessBank"ın xalis mənfəəti 11 dəfəyə yaxın artıb
"AccessBank" QSC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 19 milyon 469 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 840 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"AccessBank"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 10,6 dəfə artıb.
Marja.az xəbər verir ki, "AccessBank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 26 milyon 235 min manat və ya 41% artaraq 90 milyon 290 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 746 min manat və ya 81,1% artaraq 8 milyon 363 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 3,5 DƏFƏ ARTIB
2023-cü ilin birinci yarısında "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 98 milyon 653 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 74 milyon 35 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 418 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 4 milyon 949 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarra ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "AccessBank"ın cəmi əməliyyat gəlirləri 68 milyon 672 min manat, cəmi əməliyat xərcləri 61 milyon 717 min manat, əməliyyat mənfəəti 6 milyon 955 min manat təşkil etmiş, ehtiyata 5 milyon 115 min manat ayırmışdı.
CƏMİ AKTİVLƏRİ 1,3 MİLYARD MANATI KEÇİB
"AccessBank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 148 milyon 450 min manat və ya 12,7% artaraq 30 iyun 2023-cü il tarixində 1 milyard 317 milyon 305 min manat təşkil edib.
"AccessBank"ınkredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında125 milyon 718 min manat və ya 15,5% artaraq 939 milyon 267 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 49 milyon 11 min manat artaraq 223 milyon 226 min manata, biznes kreditləri portfeli 76 milyon 776 min manat artaraq 710 milyon 793 min manata qalxıb, ipoteka kreditləri portfeli isə 69 min manat azalaraq 5 milyon 248 min manata düşüb.
BANKDA DEPOZİTLƏR 125 MİLYON MANATDAN ÇOX ARTIB
"AccessBank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 125 milyon 528 min manat artaraq 985 milyon 582 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 77 milyon 613 min manat artaraq 796 milyon 626 min manata, hüquqi şəxslərin depozitləri isə 47 milyon 915 min manat artaraq 188 milyon 956 min manata yüksəlib.
30 İyun 2023-cü il tarixində "AccessBank" 122 milyon 512 məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
17 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 17 saat əvvəl
-
18 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
18 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb





















