Mərkəzi Bank 3 halda sığorta şirkətinin rəhbər işçisinin vəzifədən azad edilməsi ilə bağlı təqdimat verə biləcək
Azərbaycan prezidenti İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalyıb.
Qanunun 38-ci maddəsi (Sığortaçının rəhbər işçilərinin təyin edilməsi) yeni redaksiyada verilib.
Belə ki, Sığortaçı Direktorlar Şurası və İdarə Heyətinin sədri və üzvləri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə rəhbər işçinin bu Qanunun 37.2-ci maddəsində müəyyən edilmiş tələblərə cavab verməsini təsdiqləyən məlumatlar və sənədlər, “Sığorta fəaliyyəti haqqında” Qanunun 44.1.8-ci maddəsində nəzərdə tutulan sənəd və məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri əlavə olunur.
Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə sığortaçıya sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və ona bu səhvləri və ya çatışmazılıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.
Qeyd edilir ki, sığortaçının Direktorlar Şurası və İdarə Heyətinin sədri və üzvləri istisna olmaqla, rəhbər işçi vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində sığortaçı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə Qanunun 38.1-ci maddəsində nəzərdə tutulan sənədlər və məlumatlar əlavə olunur.
“Sığorta fəaliyyəti haqqında” Qanunun 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulan sənədlər və məlumatlar Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə və məlumatlarda dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.
Dəyişikliyə görə, aşağıdakı hallarda Mərkəzi Bank sığortaçıya müvafiq rəhbər işçinin vəzifədən azad edilməsi ilə bağlı təqdimat verir:
- “Sığorta fəaliyyəti haqqında” Qanunun 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin vəzifəyə təyin edilməsi ilə bağlı təqdim edilmiş sənəd və məlumatların yanlış olması sonradan aşkar edildikdə;
- rəhbər işçi sığorta qanunvericiliyi ilə bağlı yol verdiyi hüquq pozuntularına görə son 1 il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə;
- rəhbər işçinin bu Qanunla müəyyən edilmiş tələblərə cavab vermədiyi müəyyən edildikdə.
Həmçinin, sığortaçı məsul aktuarisi ilə bağladığı əmək müqaviləsinə yalnız Mərkəzi Banka əsaslandırılmış müraciət etməklə, Mərkəzi Bankın razılığı əsasında xitam verə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)






