Avtomobili park etmək üçün “Azparking” proqramı istifadəyə verildi- NECƏ YÜKLƏMƏK OLAR?
"Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Belə ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçiriləcək. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, istifadəçilər tətbiqə mobil nömrə ilə qeydiyyatdan keçib daxil ola bilərlər. Tətbiq vasitəsilə istifadəçi olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapmaq, koordinatları təyin etmək və parklanma yerini seçmək imkanına malik olacaq.
Həmçinin əvvəlcədən gedəcəyi ünvandakı parklanma yerlərinin cari vəziyyəti ilə bağlı məlumat əldə edə biləcək. Belə ki, boş, qismən və ya tam dolmuş, xidmətin müvəqqəti dayandırıldığı yerlər müxtəlif rənglərlə işarələnib. Fiziki imkanları məhdud sürücülər də diqqətdən kənarda qalmayıb. Onlar üçün nəzərdə tutulan yerlər xüsusi rənglə göstərilir.
Qeyd edək ki, proqram təminatının “Ödənişlər” bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək mümkündür. Profil bölməsində isə şəxsi məlumatlar, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. “Azparking”ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar. “MilliÖn” və “eManat” ödəmə terminalları vasitəsilə virtual balansı artırmaq imkanı yaradılıb.
İstifadəçilərə 3 dildə xidmət təqdim edən tətbiqdə 1, 7 və 30 gün ərzində edilən ödənişləri görmək mümkündür.
Tətbiqdəki “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. Bunun üçün avtomobil sahibi müvafiq məlumatları dolduraraq müraciət etməlidir.
Mobil tətbiqi həm “App Store”, həm də “Google Play Store”dan yükləmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 3 saat əvvəl
-
4 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Ən çox oxunanlar
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
























