217 min manatadək vəsait istehlakçılara geri qaytarılıb
Cari ilin yanvar-iyul ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təmin olunan müraciətlər nəticəsində 216 878 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 36 501 manat məbləğində dəymiş ziyan ödənilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 38 hüquqi, 8 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
2023-cü ilin yanvar-iyul ayları ərzində istehlakçı hüquqlarının qorunması və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ümumilikdə 4109 vətəndaş müraciətinə baxılıb. Bu, 2022-ci ilin müvafiq dövründə qeydə alınan göstəricidən (3372 müraciət) 21,9% yüksəkdir. Hesabat dövrü ərzində Dövlət Xidmətinə daxil olan 1463 müraciət təmin olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,8% artım deməkdir. Təmin olunan müraciətlər nəticəsində 216 878 manat vəsait istehlakçılara geri qaytarılıb, 36 501 manat məbləğində dəymiş ziyan ödənilib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1332 müraciət təmin olunub, 188 298 manat vəsait istehlakçılara qaytarılıb, 15 080 manat dəyərində dəymiş ziyan ödənilib.
Cari ilin yanvar-iyul aylarında daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 8 fiziki şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı ilə cərimə olunub, 38 hüquqi şəxs barəsində tərtib olunmuş protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
İnzibati xəta barədə protokollar 24 halda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması, 8 halda qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, 6 halda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, 3 halda dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən fərqli qiymətə satılması, 3 halda istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi, 1 halda ictimai iaşə müəssisəsində istehlakçılara təqdim olunan menyunun düzgün tərtib olunmaması, 1 halda isə istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı tərəfindən istehlakçıya məlumatın verilməməsi ilə əlaqədar tərtib edilib.
İstehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barədə tərtib olunmuş protokollara dair ətraflı məlumatı buradan keçid edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 d. əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
-
11 d. əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
36 d. əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 58 d. əvvəl
-
1 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
-
1 saat əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır






















