Qida məhsullarının idxalı ilə məşğul olan bu şikət sürətlə böyüyür - VƏZİYYƏTİNİ AÇIQLADI
Qida məhsulların idxalı və satışını həyata keçirən “Merano-Baku” ASC 2022-ci ili 3 milyon 29 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 822 min 307 manat, 2020-ci il isə 399 min 735 manat xalis mənfəət ilə bağlamışdı. Ötən il şirkətin xalis mənfəəti 66%, 2020-ci illə müqayisədə isə 7,6 dəfə artıb.
Marja.az Şirkətin sənədinə istinadən xəbər verir ki, şirkətin satışları ildənilə artıb. Belə ki, 2020-ci ildə Şirkətin məhsulların satışından gəlirləri 8 milyon 161 min manat ikən, 2021-ci ildə 15 milyon 28 min manata, 2022-ci ildə isə 20 milyon 989 min manata yüksəlib.
31 dekabr 2021-ci il tarixində “Merano-Baku” ASC 16 milyon 489 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 10 milyon 310 min manat təmi aktivlərə malik idi.
Ötən il “Merano-Baku” şirkətinin kredti borcları (bank kreditləri) da artaraq 2021-ci ilin sonundakı 4 milyon 16 min manatdan 2022-ci ilin sonunda 5 milyon 993 min manata çatıb.
Şirkətin daimi işçilərinin sayı 2020-ci il üzrə 76 nəfər, 2021-ci il üzrə 56 nəfər; 2022-ci il üzrə 59 nəfər olub.
“Merano-Baku” ASC-nin səhmlərinin 100%-i Əsgərov Namiq Xanış oğluna məxsusdur.
Ümumilikdə 25 kateqoriya üzrə 480 çeşiddən çox məhsulun satışını təşkil edən “Merano-Baku” şirkəti, Amerika, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstan,Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarusiya, Hindistan, Danimarka, Niderland, Fransa, Finlandiya, Yaponiya, Çin, Sinqapur, Tailand və.s kimi inkişaf etmiş ölkələrdən məhsulların idxalını təmin edir. Şirkət əsasən un məmulatları, makaron çeşidləri, qida əlavələri, müxtəlif növ yağ növləri, konservləşdirilmiş məhsullar, müxtəlif növ pendirlər, balıq məhsulları idxal edir.
Həmçinin oxu
“Merano-Baku” şirkətinə əlavə maya qoyulurMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)







